Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
Tarix: 20.07.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın artıq 144-cü ildönümüdür. Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verərək ölkənin lider mobil operatoru Azercell Telekom jurnalistləri bu əlamətdar gün münasibətilə özünəməxsus şəkildə təbrik edir.
Trend-in məlumatına görə, “Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək. Hədiyyə dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1875 açar sözünü 5005 qısa nömrəsinə göndərmək kifayətdir. Mediacell tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.
Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan Azercell, ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləmiş, bu istiqamətdə bir çox təşəbbüslər həyata keçirmişdir. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini vermiş, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaratmışdır. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olmuşdur.
Azercell Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Ermənilər Ağdamın Güllücə kəndində yanğın törədib
20.08.2019
Gürcüstanda cinayətkarlıq halları artıb
20.08.2019
Prezidentin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20.08.2019
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
20.08.2019
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info