Araz Əlizadə: “Mitinq göstərdi ki, xalq onları qəbul etmir”
Tarix: 19.08.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər




Əli Əliyev: “Xalqın onlara dəstək göstərməməsi
bir daha sübut etdi ki, cəmiyyətin yeni müxalifətə ehtiyacı var”


“Milli şura”nın icazəli mitinqi son 20 ildə Azərbaycanın siyasi olimpində yer almış siyasi təşkilatların məğlubiyyət aksiyası idi”. Bunu “Trend”ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “milli şura”nın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.

Ə.Əliyev qeyd edib ki, istənilən siyasi quruma qiyməti xalq verməlidir: "Bu mitinq əyani surətdə göstərdi ki, həmin müxalif partiyaların liderləri nəinki xalqı, heç özlərini də xilas etmək iqtidarında deyillər. Xalqın onlara dəstək göstərməməsi bir daha sübut etdi ki, Azərbaycan cəmiyyətinin yeni müxalifətə, yeni davranış tərzinə söykənən, yeni prinsiplərlə mübarizə aparan təşkilata ehtiyacı var". VİP sədri hesab edir ki, zamanı yetişəndə, proseslər faydalı yön alacaq, prezident seçkiləri isə Azərbaycanda siyasi güclərin təzələnməsi üçün həlledici mərhələ olacaq: "Proseslər bir daha sübut etdi ki, Azərbaycan xalqı yenidən müstəmləkə boyunduruğu altına girmək istəmir və “milli şura”nın aksiyasına xalqın dəstək verməməsi bu layihəyə göstərilən təpki idi. Bununla cəmiyyət Azərbaycan dövlətçiliyinin inkişaf vektorunu nümayiş etdirdi". Partiya sədri qeyd edib ki, mitinq “milli şura”nın iflasını bir daha təsdiqlədi: "Bu iflas təsis olunduğu gündən ortada idi, çünki onlar açıq surətdə Moskvadan gələcək vəsaiti, siyasi təlimatı gözləyirdilər, lakin dəstək verilmədi, onlar cansız bədən rolunda qaldılar". Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə bildirib ki, Rüstəm İbrahimbəyov açıq şəkildə sübut etdi ki, xalq onun üçün kütlədir, "massovka"dır. A.Əlizadə bildirib ki, mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, "milli şura"da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, "milli şura"da ailə müxalifəti təmsil olunur. Partiya sədri qeyd edib ki, İbrahimbəyov ümidini xalqa bağlamayıb: "Çünki namizədliyi irəli sürülərkən xalqla təmasda olmaqdansa, xalqa ümidini bağlamadansa ABŞ-a, Avropaya, Rusiyaya getdi. Onlar elə bildilər ki, nə desələr, xalq onu edəcək, xeyr, elə deyil. Xalqın şüuru, özünə hörməti var və xalq onları qəbul etmir. Onlar artıq xalq üçün yabancıdırlar". A.Əlizadə deyib ki, onlar hamısı vaxtı ilə siyasətdə vurulmuş insanlardır, vurulmuş kartlardır: "İndi bunlar özlərini "tuz" kimi göstərmək istəyirlər. Daim xalqı aldadıblar, zərbə altında qoyublar, hər zaman xalqdan istifadə ediblər". ASDP sədri vurğulayıb ki, onlar hətta bir-birlərinə qulaq asmaq da istəmirlər: "Maraqlısı odur ki, mitinqdə Əli Kərimliyə söz veriləndə, orada ümumiyyətlə 350-400 adam qalmamışdı. Yəni onlar o qədər "birləşiblər" ki, heç bir-birlərinə qulaq da asmaq istəmirdilər".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info