Rusiya neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair danışıqlar aparılır
Tarix: 19.08.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Rosneft” şirkəti Bakı-Novorossiysk neft kəməri ilə “Urals” markalı neftin geri nəqlinə dair danışıqlar aparır.
Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ARDNŞ dünyanın bütün şirkətləri ilə tərəfdaşlıq edir, treydinq həyata keçirir: “Rosneft” də dünyanın tanınmış neft şirkətlərindən biridir. Bilirsiniz ki, “Rosneft” ildə 210 milyon ton neft istehsal edən şirkətdir. Bu gün iki şirkət arasında neftin mənfəətli satışında birgə treyder işlər aparılır. Bunun üçün həm regionda, həm Ceyhanda, həm də Uzaq Şərqdə infrastrukturlar işə salınacaq. Həmçinin ARDNŞ-in İsveçrədə, Afrikada və Ceyhanda olan imkanlardan bunun üçün istifadə edəcəyik. Bunun üçün proqramlar hazırlanır və danışıqlar aparılır”. ARDNŞ prezidenti bildirib ki, ilkin mərhələdə Bakı-Novorossiysk kəməri ilə 5 mln. ton həcmində Rusiya nefti vurulacaq: “Bununla bağlı dəqiq hesablamalar aparılır. Düşünürük ki, ilin sonuna qədər hər hansı razılıq əldə olunacaq. Hələlik bunun üzərində işlər gedir”. Rövnəq Abdullayev Rusiyanın “Rosneft” şirkətinin Xəzər dənizindəki “Kəpəz” və “Abşeron” qaz yataqlarında paya sahib olmaq istədiyi ilə bağlı məlumatlara da münasibət bildirib. ARDNŞ rəhbəri bəyan edib ki, “Kəpəz” yatağındakı bəzi mübahisəli məqamlar hələlik həllini tapmayıb: “Hamı bu gün sərfəli təkliflər axtarır, mənfəətli təkliflər gözləyir. Biz Dövlət Neft Şirkəti olaraq də həmçinin belə təklifləri araşdırırıq”. R.Abdullayev bildirib ki, təkliflər qiymətləndirilir: “Hər şeyin öz dəyəri, öz qiyməti var. Baxır, kim, harada, nə dərəcədə effektiv təklif verə bilər. Bizim imkanlarımız hər kəsə bəllidir. Biz də digər şirkətlərin imkanlarını qiymətləndiririk. Rusiya şirkətinin təkliflərini də qiymətləndirəcəyik. Bu məsələyə baxıla bilər”.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info