Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
Tarix: 21.07.2019 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib, İtaliya beynəlxalq film festivalında bir gündə 3 filmim mükafata layiq görülüb. Belə ki, “Şollerin arxivi” bədii filmi İtaliyada “Under The Stars International” film festivalında “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Bundan əlavə, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri də “Ən yaxşı sənədli film” kateqoriyasına seçiliblər.
Bu barədə AZƏRTAC-a filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.
“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.
Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
“Muğam dünyasına səyahət” adlı layihə davam edir
25.08.2019
Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
25.08.2019
“Kişilər və qadınlar” tamaşası nümayiş olunacaq
25.08.2019
Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub
24.08.2019
Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info