QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
Tarix: 21.07.2019 | Saat: 20:04:00 | E-mail | Çapa göndər



Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərboyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: "Mən Gürcüstan vətəndaşı və Gürcüstan azərbaycanlısı olaraq əminliklə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.
Vurğulanır kı, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan dövlətinin diqqət və qayğısını hər zaman hiss edirlər. Dindarlarımızın ibadət və mərasimləri üçün hər cür şərait mövcuddur. Dövlət rəsmiləri dini bayramlarımızda bizi təbrik edir, mərasimlərimizdə iştirak edirlər. Gürcüstan vətəndaşları olan azərbaycanlılar Gürcüstan dövlətinin inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Yarım milyonluq azərbaycanlı icması gürcü xalqı ilə birlikdə çiyin-çiyinə Gürcüstan dövlətinin siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində iştirak edir. Onlar ölkənin ərazi bütövlüyü uğrunda şəhidlər veriblər. Azərbaycanlı müsəlman icmasının bütün məsələlərinə gürcü hökuməti hər zaman həssaslıqla yanaşır, onların müsbət həllinə yardımçı olur.
“QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq Ümumgürcüstan Katolikos-Patriarxı II İlya həzrətləri ilə tez-tez görüşürəm, onun xalqımıza olan xoş münasibətinin şəxsən şahidiyəm. Azərbaycanda yaşayan gürcü xalqının nümayəndələri üçün də hər cür şərait yaradılıb.
Belə bir qarşılıqlı ehtiram və etimad mühiti, görünür, bədxahlarımızın işinə yaramır. Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın ardında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan zamanlarda bu məsələ erməni ekstremistləri tərəfindən xüsusi canfəşanlıqla, məqsədyönlü şəkildə xristian-müsəlman qarşıdurması kimi qabardılırdı. O zaman Qafqazın dini liderlərinin müdrik mövqeyi, Azərbaycanın dini lideri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri və Gürcü Pravoslav Kilsəsinin rəhbəri Patriarx II İlya həzrətlərinin birgə zəruri addımlar atmaları nəticəsində münaqişəyə dini səciyyə vermək istəyənlərin niyyətinin qarşısı alındı. Lakin təəssüflər olsun ki, maraqlı qüvvələrin Qafqazda bu ssenarinin zaman-zaman yenidən gündəmə gətirmək istəkləri var. Eyni ssenarinin gürcü və Azərbaycan xalqları arasında yaşanmasına imkan verə bilmərik.
Biz ümidvarıq ki, Keşikçidağ məbədi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaqdır, inşallah. Bu istiqamətdə işlər gedir və öz hüquqi həllini tapacaq. Biz dindarlar bunun üçün Bir Olan Yaradanımıza dualar edir, xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik. Biz, Gürcüstan və Azərbaycanın sağlam düşüncəli qüvvələri, siyasiləri, ictimai və din xadimləri, siravi vətəndaşları yalnız səylərimizi birləşdirməklə bütün problemləri, anlaşılmazlıqları aradan qaldıra bilərik. Kənardan müdaxilə və təxribatlar yolverilməzdir. Ağsaqqallarımız olan dini liderlərimizin birmənalı mövqeyi olduqca mühümdür.
Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış məsələyə dair ötən aylarda Katolikos-Patriarx II İlyanın müdrik ağsaqqal mövqeyinin, təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmanın şahidi olduq. Bu məsələləri kənardan körükləyənlərə qarşı II İlya həzrətlərinin kəskin mövqeyi və ciddi etirazı özünü gözlətmədi. Bu məsələdə maraqlı olan kənar qüvvələrin rolunu da istisna etməyən patriarxlıq bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi.
Eyni zamanda, Qafqaz Müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadə bununla bağlı birmənalı mövqeyini ifadə etdi”.
Dini hissələrdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrah doğuran haldır. Biz, Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin və dini liderlərimizin mövqeyindən çıxış edərək bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarmızın, marağı olan qüvvələrin məkrli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaqdır, inşallah!", - deyə bəyanatda bildirilir.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Azərbaycan İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında təmsil olunub
26.08.2019
Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri“ni tanımır
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info