Gələn ildən başlayaraq turistləri ildə iki dəfə kosmosa yollayacaqlar
Tarix: 22.07.2019 | Saat: 01:22:00 | E-mail | Çapa göndər



Amerikanın idarəetmə gəmiləri tərəfindən turistlərlə birgə 2020-2021-ci illərdə Beynəlxalq Kosmik Stansiyasına (BKS) üç uçuşun həyata keçiriləcəyi nəzərdə tutulur.

Bu barədə RİA Novosti xəbər verir.
ABŞ-da yeni idarəetmə gəmiləri - “SpaceX” şirkəti tərəfindən “Crew Dragon”, “Boeing” tərəfindən isə “Starliner” işlənib hazırlanıb. İyunun əvvəlində NASA turistlərin 2020-ci ildən başlayaraq ildə iki dəfə Amerika gəmilərində BKS-yə yollana biləcəkləri barədə xəbər vermişdi. NASA-nın maliyyə direktoru Ceff Devit qeyd edib ki, BKS-də bir aylıq uçuş turistə 59 milyon dollardan artıq başa gələcək.
Bildirilir ki, Amerika gəmilərinin turistlərlə BKS-yə təqribən bir ay davam edəcək uçuşları 2020-ci ilin oktyabrına, 2021-ci ilin martına və avqustuna planlaşdırılıb. Hər gəmi stansiyaya üçədək turist daşıya biləcək.
İndiyədək turistlər BKS-yə yalnız Rusiyanın “Soyuz” gəmilərində uça bilirdilər. “Space Adventures” şirkəti ilə bağlanılan saziş üzrə 2001-2009-cu illərdə “Soyuz” gəmilərində stansiyaya yeddi turist, o cümlədən amerikalı Çarlz Simoni çatdırılıb. “Soyuz” gəmilərində BKS-yə 10 sutkalıq uçuş üçün turistlərdən müxtəlif illərdə 25-50 milyon dollar həcmində vəsait tələb olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Azərbaycan və Rusiya birgə turizm layihələrinin inkişafı variantlarını öyrənirlər
21.08.2019
Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir
21.08.2019
Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunacaq
20.08.2019
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
18.08.2019
Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info