Müsavat uğursuzluğu etiraf etdi
Tarix: 20.08.2013 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Arif Hacılı: “Etiraf etməliyik ki, dalana dirənmişik”

“Etiraf etməliyik ki, dalana dirənmişik. Bunun əsas səbəbi “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələrək seçki prosesinə qatılmasına imkan verilməməsidir”. Bu sözləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “milli şura”nın sonuncu sessiyasından sonra səsləndirib. Sosial şəbəkələrdə cəbhəçilər tərəfindən müzakirəyə çıxarılan bu açıqlama Müsavat funksionerinə qarşı yeni ittihamların səsləndirilməsinə də səbəb olub. AXCP Arif Hacılının məğlubiyyəti indidən etiraf etməsini qınayıb. Arif Hacılı həmçinin fikirlərində maraqlı məqamlara da toxunub. O, “milli şura”ya kimi gəldi qəbul eləmələrini də anormal addım kimi dəyərləndirib:
“Belə şəraitdə operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik.Çünki "Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır" deyənlər "kardinallar" müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər “milli şura” üzvü ola bildi. İstənilən vəziyyətdən çıxış yolu var. “Milli şura” dərhal yenidən toplanmalıdır. Biz reytinq səsverməsində üstünlük qazanmış qərarın, intellektuallardan birinin yeni vahid namizəd kimi seçilməsinə bir daha cəhd etməliyik. Bu baş tutmasa yenidən Rüstəm İbrahimbəyovun məktubu əsasında hazırlanmış memoranduma qayıtmalıyıq”. Arif Hacılının dalana dirənmələrini və uğursuzluqları etiraf etməsi görünür “milli şura”da partiyanın qalmasının mənasız olduğunu bir daha göstərir. Amma hələ ki, İsa Qəmbər qurumdan çıxmağa tələsmir. Arif Hacılının Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinə imkan verilməməsi haqda fikirləri isə sadəcə bəhanədən başqa bir şey deyil. Adama deyərlər nə vaxt gəldi aeroportdan geri qaytardılar? Qısası, məşhur el məsəlində deyildiyi kimi “oynamaq istəməyən demir yerim dardır!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info