Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Tarix: 22.07.2019 | Saat: 10:35:00 | E-mail | Çapa göndər



Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının və KİV-lərin nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılığın təməl prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib. Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolundan bəhs edib, Həsən bəy Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Milli mətbuatımız inkişafının yeni mərhələsinə qədəm qoydu. Bütün ömrünü insanların maarifləndirilməsinə həsr edən Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Böyük mütəfəkkirin bu arzusu artıq reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib
26.08.2019
Kestxey şəhərində Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşündə
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info