Rəsul Quliyev: ”Mitinqə adam yığa bilmədiniz, istini bəhanə etməyin”
Tarix: 20.08.2013 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Mən düşünürdüm ki, “milli şura” mitinqin niyə belə zəif təşkil olunmasının səbəblərini araşdıracaq...”


Milli Məclisin eks-spikeri Rəsul Quliyev yenə də təmsil olunduğu “milli şura”nı sözün həqiqi mənasında “yıxıb-sürüyüb”. Sosial şəbəkələrdə paylaşım edərək, sözügedən qurumda baş verən son olayları tənqid edən Rəsul Quliyev “milli şura”nın 19 avqust sessiyasında irəli sürülən ehtiyat namizəd qərarına qarşı çıxıb.

“Gültəkin Hacıbəylini namizəd göstərmək cəhdi isə faciədir”


Sabiq parlament sədri eks-deputat Gültəkin Hacıbəylinin də namizədliyinin irəli sürülməsinin “milli şura” üçün faciə olduğunu deyib:
“Milli şura”nın 19 avqust tarixli iclası höküməti məqsədinə xeyli yaxınlaşdırdı. “Milli şura”da alternativ namizədin axtarılmasını anlamaq çox çətindir. Bir neçə hörmətli alim, informasiya işçiləri, keçmişdə deputat təyin olunmuş kimlərinsə alternativ namizədlikləri barədə müzakirə açmaq faciədir.
“Milli şura”da necə neytral ziyalı- alternativ namizəd tapmaq olar, təsəvvür edə bilmirəm. Bu lap çinlilərin zərb-məsəlinə oxşadı: “Qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, xüsusilə əgər pişik orada yoxdursa”. Sözsüz ki, bu zərb-məsəlin konkret insanlara aid olmadığını bilirsiniz. Bunun mənası sadəcə olaraq olmayan şeydə mövcudluq axtarmaq əbəs işdir deməkdir.

İstini Rüstəm “bəy” bəhanə gətirmişdi

Mən düşünürdüm ki, 19 avqustda “milli şura” mitinqin niyə belə zəif təşkil olunmasının səbəblərini araşdıracaq, başqa heç bir məsələ müzakirə olunmayacaq”. Mitinqə az adam gəlməsinə “hava çox isti idi, ona görə camaat az gəldi” və ya “hökümətdən qorxurlar” səbəbləri göstərilir”-deyə eks-spiker hiddətlənib.
R.Quliyev həmçinin “milli şura”da yaranan kritik durumla əlaqədar müxalifət liderlərinə xəbərdarlıq edib: “Milli Şuranın hər bir üzvü papağını qarşısına qoyub düşünsün, nə verdi 19 avqust müzakirəsi bu xalqa. Ümidsizlik, çaşqınlıq, apatiya, üz döndərmək, hökümətin ətəyindən tutmaq meyillərinin güclənməsi. Rüstəm İbrahimbəyov “kim istəyir namizədliyini versin” ideyasını ortaya atmışdı, nəyə görə vahid namizədə vahid alternativ ideyası ortaya çıxdı, belə bir alternativin olmadığını bilə- bilə? Birinci “milli şura” işini belə qurduğuna görə cəmi 20 gün yaşadı. 100 il keçib, biz eyni səhvi təkrarlayırıq. Onda Nuru paşa var idi, “milli şura”ya özünü bağlaması barədə ultimatum verdi. Müstəqil Azərbaycanın yaradıcıları Fətəli xan Xoyski başda olmaqla cəmi 9-10 nəfər idilər. Bu şəxslər müstəqil Azərbaycanın deklarativ yox, bütün real dövlətçilik atributlarını yaratdılar. İndiki vaxtda seyrçilik, heç kimin xətrinə dəyməmək mövqeyində dayana bilmərəm, bunları kimisə incitmək naminə demirəm. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info