Prezidentliyə iki namizəd qeydiyyatdan keçib
Tarix: 20.08.2013 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə rəsmi olaraq iki namizədi qeydə alıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili və Mixail (Qela) Saluaşvili namizəd qismində qeydiyyatdan keçiblər.
Məlumata görə, Gürcüstanda 34 seçici subyekti Mərkəzi Seçki Komissiyasına müraciət edib, onlardan 3 nəfərin qeydiyyatından imtina edilib, 25 təşəbbüs qrupu isə qeydə alınıb.
Bununla yanaşı, Leyboristlər Partiyasından savayı, MSK-ya müraciət etmiş 3 siyasi partiya qeydiyyata alınmasını gözləyir.
Eyni zamanda, hakim “Gürcü arzusu” Partiyası da prezidentliyə namizədini irəli sürüb. Bu, Giorgi Marqvelaşvilidir. Həmçinin hakimiyyətyönlü “Vahid milli hərəkat” partiyasından David Bakradzenin, “Ədalətli Gürcüstan naminə” partiyasından Serqo Cavaxidzenin və Xristian-demokrat hərəkatından Giorgi Tarqamadzenin namizədliyi irəli sürülüb.
Hazırkı mərhələdə namizəd irəli sürən siyasi partiyaların və təşəbbüs qruplarının qeydiyyatı davam edir. Qeydiyyat sənədlərinin qəbulu sentyabrın 7-dək davam edəcək.
Qeydiyyat üçün prezidentliyə namizədlər sentyabrın 17-dək MSK-ya ən azı 26 530 seçici imzası təqdim etməlidir.
Namizədlərin qeydiyyatı sentyabrın 27-də yekunlaşacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info