Armen Badalyan: “Nikol Paşinyanın problemləri həll edə biləcək qədər güclü olmadığı təəssüratı yaranıb”
Tarix: 23.07.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Bu günlər Ermənistanın İcevan bölgəsində baş verən hadisələr internet və mediada fərqli şəkildə şərh edilməkdədir. Məsələn, bu yaşantılarla bağlı geniş yayılmış fikirlər sırasında daha çox keçmiş hakim sistemin adı hallandırılır. Belə ki, keçmiş hakim sistem hazırda ölkədə yaranmış narazılıqdan, məntiqə uyğun olaraq, yeni hakimiyyətə qarşı mübarizə aparmaq üçün istifadə etdiyini söyləyənlər də yetərincədir.
Qeyd edilməlidir ki, bu versiyanı istisna etməyən erməni ekspert Armen Badalyan vəziyyətlə bağlı bir qədər fərqli açıqlama verib. Onun fikrincə, İcevanda baş verənlər dərin və çoxqatlı olduğundan ona elementar izahat verməyə ehtiyac var: «Əvvəla, bu yaşantıların kimlər tərəfindən başladılmasından asılı olmayaraq, buradakı ciddi bir sosial problemin olduğunu aydınlaşdırmalıyıq. Hər şeydən əvvəl qeyd edim ki, artıq bir ildən də çox hakimiyyətdə olan yeni hökumət Ermənistanda, o cümlədən, meşə qırıb dolanmaqla yaşayan İcevanda insanları işlə təmin edə biləcək investisiyaların cəlb edilməsi üçün addım atmadı. Baş nazir elə indi də ölkədə iş yerlərinin açılacağını bildirir. O, gənclərə təhsil almalarını tövsiyə etsə də amma konkret iş yerlərinin açılması üçün şəraitin olmadığını etiraf edir. Ölkədə əksər ailə başçılarının öz ailələrini dolandırmaq üçün cinayətə baş vurmağa məcbur olduqları bu gün elə ölkə səlahiyyətlilərinə də məlumdur. Ona görə də bütün bunların qarşısının alınmasının yeganə yolu ölkədə iş yerlərinin yaradılmasıdır». Bu fikirləri «1am.ru» saytı ilə bölüşən erməni ekspert dediklərinə rəğmən, hökumətin məsələnin həll variantı kimi polisin köməyinə müraciət etməsini lazımsız hesab edir: «Burada nümayişə təhrikçilər barədə danışarkən təkcə köhnə sistem nümayəndələrini suçlamaq bir qədər haqsızlıq olardı. Çünki nümayişə təhrikçilər arasında Paşinyanın ətrafındakı insanların da ola biləcəyi istisna edilmir. Məncə, buradakı qəribəliklərdən biri ölkənin milli təhlükəsizlik xidməti rəhbərinin dövlət idarəetmə sistemindəki mövqeyini gücləndirməyə etdiyi cəhddir. Maraqlıdır, xidmət rəhbəri hansı əsasla icma rəhbərləri ilə görüş keçirir? Bu, bir az anormaldır. Əgər bu görüş baş nazirlə, baş nazirin müavini ilə, ərazi idarəetmə naziri və ya ekologiya naziri ilə keçirilsəydi, təbii ki, bu başadüşülən idi. Ancaq ölkənin milli təhlükəsizlik xidməti rəhbərinin görüşü başadüşülən deyil. Bunun nəyə hesablandığı da sual doğurmaya bilməz».

“İcevan hadisələri zamanı ölkə əhalisi erməni polisinin kobud metodlardan istifadə edərək vətəndaşların ləyaqətini təhqir etdiyinin bir daha şahidi oldu”

Badalyanın fikrincə, artıq bu gün Ermənistan cəmiyyətində Nikol Paşinyanın ölkədə yaranmış problemləri həll edə biləcək qədər güclü olmadığı təəssüratı yaranmaqdadır.
Yeri gəlmişkən onu da qeyd edək ki, İcevan hadisələri zamanı ölkə əhalisi erməni polisinin kobud metodlardan istifadə edərək vətəndaşların ləyaqətini təhqir etdiyinin bir daha şahidi oldu. Saytın yazdığına görə, bu artıq ayrı-ayrı polis işçilərinin qəddarlığından deyil, eləcə də polisin yeni reallıqlara cavab verə bilməməsindən irəli gəlir: «Bütün bunlara rəğmən, Nikol Paşinyan keyfiyyətli idarəetmə, küçə amilini minimuma endirmək üçün cəmiyyətlə işləməyi bacaran effektiv bir sistem yarada bilməlidir, əks halda, ölkə çoxqatlı barrikadaların bolluğuna qərq olacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”
30.07.2019
“Savadlı kadrların əksəriyyəti Ermənistanı tərk edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info