“Azərkosmos” bütün kanalların yayımını həyata keçirməyə tam hazırdır
Tarix: 20.08.2013 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Azərkosmos” ASC Azərbaycanın bütün yerli və regional kanallarının milli peyk üzərindən yayımını təşkil etmək üçün texniki olaraq tam hazırdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda “Azerspace-1” peyki üzərindən AzTV, İTV, CBC, “Xəzər” TV, ANS TV, “Mədəniyyət” TV, “İdman Azərbaycan”, “Azad Azərbaycan” TV kanalları yayım həyata keçirir. “Azərkosmos” ASC digər kanalları da peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir. Regional kanalların da “Azerspace-1” üzərindən yayıma qoşulması texniki cəhətdən tam mümkündür və indiyədək bir neçə regional TV kanalı peyk üzərindən yayımlanmaq üçün müraciət edib. “Azərkosmos”a müraciət etmiş kanallara bütün lazımi texniki və kommersiya şərtləri barədə məlumat verilib. Qeyd edək ki, “Azerspace-1” peyki kommersiya layihəsidir və peykin tutumlarından istifadə üçün istənilən televiziya kanalı peykin operatoru olan “Azərkosmos” ASC-yə rüsum ödəyir. Bu rüsumlar müştərilərlə kommersiya münasibətləri çərçivəsində və bazar konyukturasına uyğun olaraq tənzimlənir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info