Misir öz tarixi sərvətlərini məhv edir
Tarix: 20.08.2013 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“El-Minə La Repubblica”dakı hadisələrdən sonra həyəcan təbili çalındı : Misirin digər muzeyləri və arxeoloji obyektləri təhlükədədir. Qəzetlər yazır ki, dağıdılmış sarkofaqlar, parçalanmış heroqlifli stelalar, yandırılmış kilsələr, oğurlanmış artefaktların sayı-hesabı yoxdur. Misir narahat şəkildə, həyəcanla gələcəyə nəzər salır, ancaq onun keçmişi məhvə məruz qalır. Ən böyük ziyan isə paytaxtdan 250 km aralıda yerləşən Beni-Sueyf şəhərində olub: orada milli muzey hərc-mərcliyin qurbanı olub. Vandallar Malavi milli muzeyinə maneəsiz giriblər, burada el-Cebel Tununun nekropoluyla əlaqəsi olan 1200 tarixi əmanət var idi. İndi bilinmir ki, içəridə nə qalıb. Mədəniyyət naziri bu hadisəni "böyük itki" adlandırıb." Misirin bütün ərazisi üzrə səpələnmiş çoxsaylı qəbirlərdən və məbədlərdən hər hansı bəzək əşyasını oğurlamaq və onu qara bazarda satmaq olar. Bu ailəyə həftələrlə ac qalmayaraq yaşamağa imkan verəcək. Çünki Misirdə bu gün xaos hökmranlıq edir və əhalinin 20 faizi yoxsulluq həddində yaşayır.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info