“Tramp Ermənistanı cəzalandırır”
Tarix: 24.07.2019 | Saat: 13:23:00 | E-mail | Çapa göndər


Ehtiram Aşırlı: “Ermənilər Suriyaya əsgər göndərdiyinə gorə ABŞ Ermənistanı cəzalandırmaq məqsədiylə bu cür addım atıb”

"Razminfo" erməni saytının yaydığı məlumata görə ABŞ-ın 2018 və 2019 maliyyə illərində Azərbaycanın Müdafiə Nazirliyinə və hökumət idarələrinə, beynəlxalq hərbi və hüquq-mühafizə orqanlarına maliyyə dəstəyi üçün ayrılan vəsait 102,5 milyon dollardan çoxdur. Müqayisə üçün deyim ki, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. Bir ilin içində 99 milyon artımın bir məntiqi izahı olmalıdır”. Bi fikirləri “Palitranews.az”a açıqlamasında ekspert Ehtiram Aşırlı deyib. Ekspert qeyd etdi ki, böyük ehtimalla ayrılan pulun müəyyən bir miqdarı Bakı-Tbilisi-Qars və digər enerji layihələrimizin təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub: 2Bu baxımdan son olaraq ABŞ və Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinin Bakıda baş tutan görüşünü o kontekstdən də dəyərləndirmək olar. ABŞ Azərbaycanın müdafiə sahəsinə maliyyə ayırmasındakı ən önəmli məqam ölkəmizin Avropa enerji təhlükəsizliyi sahəsində oynadığı rol və Cənubi Qafqazda təhlükəsizliyin başlıca təminatçısı olmasıdır. Digər tərəfdən Ermənistanın davamlı olaraq Rusiyada yeni silahlar əldə etmək üçün aldığı kreditlər alması amili də nəzərə alınmalıdır. ABŞ regionda balansı qorumaq və öz maraqlarını da təmin etmək adına Azərbaycana müdafiə sahəsində maliyyə ayırmağa daha maraqlı olduğunu göstərir”. Ekspert bildirdi ki, belə olan təqdirdə Azərbaycan Ordusu öz qüvvələrini birbaşa Qarabağa yönəldilə bilər: “Heç şübhəsiz Qərbin bu bölgədə bir nömrəli dayağı Azərbaycandır və Ermənistana qarşı hərbi gücümüzü çoxdan artırmışıq, fürsət yaranan kimi öz hərbi gücümüzü bir daha nümayiş etdirəcəyik. Yeri gəlmişkən, Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Araşdırma nəticəsində aydın olur ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün edib. Ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə gorə ABŞ Ermənistanı cəzalandırmaq məqsədiylə bu cür addım atdığını qeyd edə bilərik. Son olaraq Ermənistan parlament sədri Ararat Mirzoyanın başçılığı ilə Vaşinqtona reallaşdırılmış səfəri də bu çərçivədə dəyərləndirmək lazımdır”.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Sədr dəyişikliyi “milli şura”nın nüfuzunu qaldırmayacaq
19.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
19.11.2019
Deputatlar bu gün nəyi müzakirə edəcək?
19.11.2019
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19.11.2019
Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info