Masallıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
Tarix: 24.07.2019 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində Masallı rayonundakı Gənclər Mərkəzində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Təlimçi qismində jurnalist, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə Ermənistanla informasiya savaşı, eləcə də digər ölkələrlə turizm sahəsində rəqabət kontekstində turizmin təbliği yolları, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə izah edilib.
Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində artıq Bakıa və İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak”, həmçinin Bakıda “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması” mövzularında təlimlər keçirilib. Bundan əlavə, Şuranın dəstəyilə yaradılmış “Yenimedia.info” saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməkdədirı. Layihənin sonunda “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı nəzərdə tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
04.12.2019
Ölkəyə gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
04.12.2019
Hotellər üçün hansı tələb qoyulacaq
29.11.2019
Oktyabrda Azərbaycandan Türkiyəyə 60 mindən çox turist səfər edib
29.11.2019
Turizmdə yeni subsidiya mexanizmlərinin tətbiqi gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info