II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində
Tarix: 24.07.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


600 və daha yüksək bal toplayanlar, eləcə də beynəlxalq olimpiada qalibləri arasında UNEC-i seçənlər bir semestr boyu hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edəcəklər

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmaq məqsədilə start verilən “UNEC-i tanı” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində 300-ə yaxın abituriyentə UNEC-dəki fakültələr, ixtisaslar, keçid balları barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi Facebook səhifəsində cavablandırılır.
Layihədə ölkənin aparıcı məktəbləri ilə yanaşı, region məktəblərinin məzunları da iştirak edirlər. Onların arasında II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlər üstünlük təşkil edib. Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq imkanı abituriyentlərin xüsusi marağına səbəb olub. Onlar 4 il ərzində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu qazanmaq imkanını böyük şans kimi dəyərləndiriblər.
Abituriyentlərin diqqətinə çatdırılıb ki, 600 və daha yüksək bal toplayanlar, eləcə də beynəlxalq olimpiada qalibləri arasında UNEC-i seçənlər bir semestr boyu hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.
Layihədə iştirak etmək istəyənlər 18-46 “Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi Facebook səhifəsinə yaza bilərlər. Layihə ixtisas seçimi bitənədək davam edəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Azərbaycan alimləri Tokioda beynəlxalq seminarda iştirak ediblər
16.11.2019
Qlobal elektromobil istehsalı 5 milyon ədədi keçib
16.11.2019
Bu il 259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb
15.11.2019
Mingəçevirdə gənc müəllimlərlə görüş keçirilib
15.11.2019
BDU-nun bütün əməkdaşlarına yubiley münasibətilə mükafat veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info