Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına dövlət dəstəyi göstərilir
Tarix: 24.07.2019 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmiş 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planının icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin tədbirlər sırasında ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yenilərinin yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin stimullaşdırılması, qabaqcıl təsərrüfatların təcrübələrinin yayılması, həmin təsərrüfatların inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məsələləri ön plandadır. Bütün bunların nəticəsində ötən müddətdə muxtar respublikada belə təsərrüfatların sayı artmaqdadır.
Təkcə 2019-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 ailə təsərrüfatına, ümumilikdə, 156 min 800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Fəaliyyətlərinin genişləndirilməsi məqsədilə həmin ailə təsərrüfatlarında aparılan maarifləndirmə tədbirləri zamanı Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə qaydaları və prioritet layihələr haqqında geniş məlumatlar verilib. Bundan əlavə, 2 layihə üzrə yabanı növ dərman bitkilərinin tədarükü, qablaşdırılması üçün fond tərəfindən ailə təsərrüfatlarına 14 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Həmçinin arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində bir layihə üzrə arıçılıq təsərrüfatının genişləndirilməsi, damazlıq arı təsərrüfatının və bal emalı sahələrinin yaradılmasına fond tərəfindən 15 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar respublikada ailə təsərrüfatları geniş profildə fəaliyyət sahəsinə malikdir. Ötən dövrdə onların işinin daha da genişləndirilməsi məqsədilə fond tərəfindən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə-tərəvəz məhsullarının qurudularaq paketlənməsi, yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması, müalicəvi əhəmiyyətli bitkilərin cövhərinin istehsalı və qablaşdırılması, südçülüklə məşğul olan ailə təsərrüfatlarında süd məhsullarının istehsalı, arıçılıq təsərrüfatlarında bal və digər məhsulların istehsalı, qablaşdırılması, meyvə arağı və şərab istehsalı sahələri üzrə 101 ailə təsərrüfatında monitorinqlər aparılıb. Fəaliyyəti qənaətbəxş hesab edilən təsərrüfatlara dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində işlər görülüb. Bundan əlavə, ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə kömək göstərilməsi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilib, 91 ailə təsərrüfatı 6 min ədəddən çox müxtəlifölçülü taralarla təmin edilib.
Ailə təsərrüfatları məhsullarının çeşid və keyfiyyətinin artmasında istehsal olunan məhsulların tanıdılması mühüm rol oynayır. Bu məqsədlə ötən dövrdə Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda 37 ailə təsərrüfatının 17 növdə 112 çeşiddə məhsulunun nümayişi təmin olunub. Ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkili məqsədilə 2019-cu ilin birinci yarım ili ərzində məhsullardan 265 halda nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji laboratoriya təhlilləri aparılıb.
İqtisadiyyatın bu vacib sahəsinin inkişafı üçün həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni marşrut xətti: Əliçıraq yaşayış massivinin sakinləri üçün şad xəbər
06.12.2019
“Atəşgah”ın əməkdaşları “Nəsimi-650” ağacəkmə layihəsinə qatılıblar
06.12.2019
Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib
06.12.2019
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info