Su hövzələrinə nəzarət edilmir?
Tarix: 24.07.2019 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Son zamanlar dənizdə, müxtəlif süni su hövzələrində boğularaq dünyasını dəyişən insanların sayı artıb. Xüsusən də, regionlarda heç bir zaman təmizlənməyən, təhlükəsizliyi təmin olunmayan su anbarı və kanallarda boğulub ölənlərin sayı hər ötən gün çoxalır. Yaşından aslı olamayaraq uşaqlar, yeniyetmələr hətta böyüklər belə sərinlənmək üçün bu cür su hövzələrinə baş vururlar. Lakin sonu faciə ilə nəticələnir.
Maraqlıdır, həmin su hövzələrinə niyə nəzarət edilmir ?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev KİV-ə bildirib ki, bu kimi məsələlərə nəzarət olunmasa, daha pis hadisələr yaşanacaq:

“Yay mövsümü gələndən insanlar sərinləmək, həm də istirahət üçün çimərliklərə üz tuturlar. Təbii ki, yayda istirahət üçün ən gözəl seçim məhz çimərliklərdir. Lakin bəzi insanlar öz həyatlarını təhlükəyə ataraq süni su hövzələri, su anbarları, kanal, çaylar və göllərə üz tutur. Həmin yerlərdə çimərək “istirahət etmiş” olur. Bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almır.
Su anbarları, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Həmin su hövzələrinin dibində konserv qabı, qırılmış şüşə parçası, sınıq butulka kimi deşici, kəsici əşyalar toplanıb.

Eyni zamanda göldə suyun dibinin lil olması, bataqlıq yaratması suya düşən insanın oradan çıxması xeyli çətinləşdirir və bəzən həmin adam batıb ölür. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır.

Bu cür yerlərdə çimmək çox təhlükəlidir. Kanallarda suyun üzündəki axın sürəti ilə altındakı axın sürəti arasında üç dəfə artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar.
Yay mövsümü bizdə üç ay olur. Və bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir.
Hesab edirəm ki, süni su hövzələri dövlət tərəfindən nəzarət götürülsə, ora FHN-nin sularda xilasetmə xidməti və DİN-nin müvafiq bölmələri ilə “naryad” ayrılarsa, bunun qabağını almaq olar.
Ümumiyyətlə, bu süni su hövzələrindən, kanaldan və göllərdən çimərlik kimi istifadə edənlərlə bağlı qanun layihəsi hazırlanmalıdır.
Beləliklə də həmin yerlərə nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar.
Bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir. Bununla da heç bir təhlükəsizlik məsələlərinə nəzarət olunmur.
Ona görə də insanlar həyatını itirir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub
19.11.2019
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq
19.11.2019
24 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına 5 milyon manat ayrılıb
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
“Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info