Türkiyə şirkəti ilə kimya sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Tarix: 24.07.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Şahin Mustafayev qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.
“ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb
19.11.2019
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanılıb
19.11.2019
İbrahim Məmmədov: “Etimada görə təşəkkür edirəm“
19.11.2019
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19.11.2019
Azərbaycandan pambıq lifi və iplik ixracı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info