Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçirilməyəcək
Tarix: 24.07.2019 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yüklərin dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub.
Razılığa əsasən, Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoronduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İran İslam Respublikasında artıq gömrük yoxlamasından keçirilmir.Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.
İyulun 24-də yeni qaydaların tətbiqi çərçivəsində iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib. Bu gün səhər saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə yola düşən avtobus saat 11:30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postuna çatıb. Postun ərazisinə daxil olan sərnişin avtobusunun sərhədkeçmə prosesi hər ölkənin gömrük xidmətinin nümayəndələri tərəfindən izlənilib. Sərnişinlərə məxsus əl yükləri yoxlanıldıqdan və müvafiq nömrələrlə təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı vurularaq yola salınıb. Daha sonra nümayəndə heyətlərinin üzvləri İran tərəfə keçərək buradakı gömrük postunda həyata keçirilən prosesləri müşahidə ediblər.
Qeyd edək ki, tərəflər arasında keçirilən görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, tranzit dəhlizlərinin potensialının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir“in deport olunacağı gözlənilir
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
14.11.2019
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info