Təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyent 500-dən yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçib
Tarix: 24.07.2019 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


55 minə yaxın şəxsin müəllim işləmək üçün müraciət etməsi prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir.
Bunu Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə göstərən namizədlərlə görüşündə deyib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən C.Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Nazir həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran C.Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.
Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin, Azərbaycanın təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini diqqətə çatdırıb.
Ceyhun Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumtəhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Sumqayıtda 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni bina tikiləcək
21.11.2019
Daşkənddə Azərbaycan aliminin monoqrafiyasının təqdimatı olub
21.11.2019
Nazirlik: “İcbari təhsildən yayınan uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır”
21.11.2019
Hansı tələbələr “Fərman Salmanov adına təqaüd” alacaqlar
21.11.2019
Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info