DİM keçid balları barədə: Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər
Tarix: 24.07.2019 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1-ci və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən - abituriyentlərin, plan yerlərinin sayından və imtahan nəticələrindən asılıdır: “Məsələn, bu il I ixtisas qrupu üzrə 15 223 plan yeri var. Ötən il isə bundan 748 yer az - 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3620 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzrə formalaşmış keçid balına təsir göstərəcək”.
DİM rəsmisi qeyd edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötənilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16 649 abituriyent toplamışdı: “Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir” .
X.Xanlarzadə qeyd edib ki, bu il 590 və daha yüksək bal toplayanlarlar dövlət sifarişi əsasında “Müalicə işi” ixtisasına qəbul ola bilərlər:
“IV ixtisas qrupunda ən populyar ixtisas “Müalicə işi”dir. Bu il dövlət sifarişli plan yerlərində Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün “Müalicə işi” ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
ADAU-da “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans
06.12.2019
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019
ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub
05.12.2019
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05.12.2019
Məleykə Abbaszadə: “Doktoranturaya ingilis dilindən qəbul imtahanının DİM tərəfindən keçirilməsi müzakirə olunur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info