Qrizmannın “Barselona“da oynamasına qadağa qoyula bilər
Tarix: 24.07.2019 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Mövsümün sonunda "Atletiko"nu "Barselona"ya dəyişən Antuan Qrizmannın Kataloniya klubunda oynamasına qadağa qoyula bilər.
Bu barədə La Liqa prezidenti Xavyer Tebas məlumat verib. Madrid təmsilçisinin fransalı hücumçunun transferi ilə bağlı "Barsa"nı quruma şikayət etdiyini bildirən X. Tebas məsələnin araşdırılacağını söyləyib:
"Atletiko" Qrizmannın "Barselona"ya keçidinə lisenziya verilməməsi ilə bağlı bizə sorğu göndərib. Bizim ona qadağa qoymaq imkanımız var. Ancaq əvvəlcə müvafiq qurumlar sözügedən məsələylə bağlı qərar verməlidir. "Barsa"nın qaydanı pozub-pozmadığını bilmirəm. Əgər "Atletiko" tərəfi belə hesab edirsə, öz hüquqlarını müdafiə etməlidir. Burada bir çox nüanslar var. Odur ki, hər şey qısa vaxtda başa çatmayacaq. Bunun üçün uzun müddət lazımdır. Ancaq istənilən halda, iki klub lisenziya ilə bağlı mübahisə edirsə, La Liqa ən doğru qərarı qəbul etməlidir".
Qeyd edək ki, "Atletiko" rəsmiləri "Barselona"nın Qrizmannın transferi zamanı qayda pozuntusuna yol verdiyini bildirir. Madridlilər iddia edir ki, Kataloniya klubu 28 yaşlı futbolçu ilə hələ mart ayında razılığa gəlib. Paytaxt təmsilçisi bu səbəbdən qarşı tərəfin 120 deyil, 200 milyon avro təzminat ödəməsini tələb edir.
Xatırladaq ki, Qrizmannın transfer qiyməti iyun ayının 30-dan etibarən avtomatik olaraq, 200 milyon avrodan 120 milyona düşüb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Belçikadan darmadağın, San-Marino ilk qolunu vurub
16.11.2019
Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
16.11.2019
Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb
16.11.2019
Atletimiz Boyanka Kostova beynəlxalq turnirinin qalibi oldu
16.11.2019
“Bayern“ Münichin yeni baş məşqçisi bilindi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info