PXTM və “Loqos” Mətbuat gününü qeyd edib
Tarix: 24.07.2019 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi “Loqos” la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirib.
Tədbirdə Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, “Loqos” un rəhbəri Təranə Məmmədova, YAP Siyasi Şurasının üzvi, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev, “Azərbaycan” qəzetinin şöbə müdiri İradə Əliyeva, Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı, “Ədalət” qəzetinin müxbiri Nicat Rüstəmov, “Səs”Media Qrupunun nümayəndəsi Tünzalə İsmayılova və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbiri açıq elan edən PXTM-nin müavini Amal Əsgərov tədbirin proqramı haqqında qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayiş edilib.
Daha sonra qonaqları salamlayan “Loqos” un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün media nümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Çıxış edən Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının inkişafı yolunda yeni bir tarixdir. Natiq qeyd edib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözun nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.
Digər çıxış edənlər “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, jurnalist Billurə Aslanqızı medianın və mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.
Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan fəxri fərmanlar təqdim edilib. Təltiflərdən sonra tədbir bədii hissə davam etdirilib. Tədbirdə çıxış edən Cəbrayıl şəhər uşaq musiqi məktəbinin “Qarabağ” instrumental ansanbılı və “Nurlan” rəqs qrupunun ifaları hamıda xoş əhval – ruhiyyə yaradıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib (YENİLƏNİB)
13.11.2019
Erməni əsir üzr istədi
13.11.2019
Prezident Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13.11.2019
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm
13.11.2019
“Azərbaycanın tolerantlıq ənənələri nümunə kimi qəbul edilir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info