Sözdə sülhməramlı bəyanatlar verən, əməldə qanunsuz hərbi işğalı davam etdirən Ermənistanın əsl niyyəti hamıya bəllidir
Tarix: 24.07.2019 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Ilk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir. Bunu, BMT TŞ-nin qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiklərinə dair kütləvi informasiya vasitələrinin sualını cavablandırarkən deyib.
L.Abdullayeva bildirib ki, münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib: "Bir daha təkrar etmək istərdik; danışıqlar münaqişənin birbaşa iştirakçıları Ermənistan və Azərbaycan arasında aparılır, o ki, qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm".
XİN rəsmisi vuröulayıb ki, beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərdən etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan sonra və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə azərbaycanlı və erməni icmalar tərəfindən birgə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir: "Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən Azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir. Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir".




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək
12.11.2019
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12.11.2019
Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb
12.11.2019
ABŞ-ın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu
12.11.2019
Patriarx Kirill Bakıya səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info