Əli Kərimli söyüldü, cəbhəçilərlə müsavatçılar davaya qalxdı
Tarix: 20.08.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Son iki ayda Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında yaranmış narazılıq və qarşıdurma son günlər artıq açıq müstəviyə keçib. Təsadüfi deyil ki, “milli şura”da alternativ namizədliyini saxlayaraq təmsil olunan İsa Qəmbərin bu addımı dəfələrlə AXCP funksionerləri tərəfindən narazılıqla qarşılanıb. Müsavatçıların cəbhəçilərin liderinə olan antipatiyası isə özünü “milli şura”nın təşkil etdiyi mitinqdə qabarıq şəkildə göstərdi. Əli Kərimli mikrofonu əlinə alıb çıxışa başlayan zaman müsavatçıların toplaşdığı istiqamətdə olan aksiyaçılar bir-bir meydanı tərk etməyə başlayıblar. Bu da azmış kimi mitinqdən sonra avqustun 19-da keçirilən sessiyada biabırçı olay yaşanıb. Hakimiyyətə gəlmək kimi məsuliyyətli və ağır bir işin ardıyla düşdüklərini iddia edən bu radikallar liderlərinə görə dava salıblar. Belə ki, Müsavat Partiyasının qərargahında “milli şura”nın sessiyasının davam etdiyi bir zamanda çöldə gözləyən cəbhəçilər və müsavatçılar arasında qarşıdurma yaranıb. Əsəblərin gərgin olduğu bir vaxtda binanın önündə dayanıb sessiyanın bitməsini gözləyən müxalifətçilərdən biri Əli Kərimlinin ünvanına söyüş söyüb. Buna cavab olaraq isə Müsavat qərargahında olan cəbhəçilərlə qarşıdurma yaranıb.
Digər müsavatçıların müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb. Sonradan sosial şəbəkələrdə yalan məlumatlar yayan müsavatçılar bildiriblər ki, guya Əli Kərimlinin ünvanına söyüş söyən şəxs müsavatçı olmayıb: “O, bura təxribat üçün gəlib. Söz-söhbət yaranandan sonra isə o, qərargahı tərk edib”.
Maraqlısı isə budur ki, təxibat üçün ora gəldiyi iddia olnan şəxs haqda bir cümlə ilə kifayətləniblər. Nə polisə şikayət ediblər, nə onun görünüşünü təsvir ediblər, nə də ki, ümumiyyətlə bu barədə müxalifət liderləri danışmaq istəmirlər. Görünür, elə öz “zibill”lərini özləri ört-basdır etmək istəyirlər. Bunun üçün isə ənənəvi varianta əl atıb, hər şeyin təxribat olduğunu iddia ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info