Hindistanın səfiri Astaranın sosial-iqtisadi inkişafı ilə tanış olub
Tarix: 25.07.2019 | Saat: 00:41:00 | E-mail | Çapa göndər



Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq Astara rayonunun sosial-inkişafı barədə məlumatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 24-də hindistanlı diplomatla Astara Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağa Böyük İpək Yolu üstündə yerləşən Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, “Şimal-Cənub“ Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi ilə Hindistan-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələr daha da genişlənib, turizm, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə iş adamları üçün münbit şərait yaradılıb.
Hindistanlı diplomat Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Sonra səfir Vanlalvavna Bavitlunq “Şimal-Cənub“ Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil və dəmir yolu xəttinə baxış keçirib, Park-bulvar kompleksi, çəltik emalı zavodu, “Astara Çay” MMC-nin çay plantasiyası və çay fabriki ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı
15.12.2019
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
14.12.2019
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
14.12.2019
Masallıda payız ağacəkmə kampaniyası keçirilib
14.12.2019
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info