Rüstəm İbrahimbəyov vətəndaşlıqdan imtina etməyibmiş
Tarix: 20.08.2013 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Kinodramaturq Rusiyadakı evlərini itirmək istəmir

“Milli şura”nın namizədi, kinodramaturq Rüstəm İbrahimbəyovun siyasətə qatılmasının əsl məqsədi və ümumilikdə müxalifəti barmağına dolaması haqqında dəfələrlə mətbuatda yazılar gedib. Hətta tanınmış siyasətçilər bu barədə əsaslı analizlər apararaq radikal müxalifətin onun ardınca getməsini maddi maraqlara söykənmiş bir oyun kimi xarakterizə ediblər. Bütün deyilənlər get-gedə əsasını tapır. Belə ki, bu gün Rüstəm İbrahimbəyov barəsində “Facebook” sosial şəbəkəsində sensasiyalı xəbərlər yayılıb. Xəbərdə bildirilir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün heç ərizə yazmayıb: “Rusiyanın paytaxtı Moskvada, müxtəlif ünvanlarda Rüstəm İbrahimbəyova məxsus mənzillər olduğu üçün onun Rusiya vətəndaşlığından imtina etməsi həmin mənzillər üzərindəki hüquqlarını sual altına qoyduğundan Rüstəm bəy ağıllı tərpənib və vətəndaşlıqla bağlı heç hara ərizə-zad yazmayıb. Sadəcə “milli şura” daxilində biabır olmamaq üçün vaxtı uzadıb və zaman keçdikcə avtomatik başqa namizəd üzərində dayanılması üçün gözləyib. Nəticədə istədiyinə də nail olub – “milli şura” artıq alternativ namizəd barədə qərar verib. Rüstəm bəy də tam deyə bilər ki, mən çalışdım, amma vaxtımız az idi,deyə alınmadı.
Əgər bu deyilənlər doğru olmasaydı, Rüstəm İbrahimbəyov çoxdan ərizə yazıb, onun bir surətini də internetdə paylaşmışdı. Kimlərinsə Vladimir Putinə ünvanladığı müraciətlər isə hüquqi əsas sayıla bilməz, çünki vətəndaş özü öz imzası ilə müraciət etməlidir, Rüstəm İbrahimbəyov isə belə bir müraciət etməyib, ona görə də onun Rusiya vətəndaşlığından çıxarılması mümkün deyil”.
Yayılan xəbərin doğru olub-olmadığını isə artıq Müsavat Partiyasına yaxın olan mətbu orqanı dəqiqləşdirməyə çalışıb. Rüstəm İbrahimbəyov bildirib ki, onun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizə yazmadığı barədə yayılan xəbər şayiədir.
Lakin açıqlamadan görünür ki, Rüstəm İbrahimbəyov yenə də hər şeyi “yola vermək”lə məşğuldur. “Ya bu gün, ya da sabah” prinsipləri ilə siyasətə qatılıb müxalifəti barmağına dolayan kinodramaturqun ərizəsinin mübarək üzünü çox güman ki, yaxın günlərdə nəinki mətbuat və ictimaiyyət, heç MSK da görməyəcək. Çünki, İbrahimbəyovun “ya bu gün, ya da sabah”larını çox görmüşük!
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info