“Milli şura” başçıları hələ də gedəcəkləri yolu tapa bilməyiblər”
Tarix: 20.08.2013 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Mütəllim Rəhimli: “Uğursuzluqlar müxalifətin siyasi mübarizə mexanizmlərini mənimsəmədiyini göstərir”

“Milli şura” adlı müxalif qurumun faktiki parçalanması və aradan itməsi müxalifətin ümumi durumuna təsir edib və düşərgədəki digər nümayəndələrin qınağına səbəb olub. Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimlinin bu baxımdan açıqlaması maraqlıdır: “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaranmış problemin yaratdığı situasiyadan çıxmaq üçün yollar axtarılmasına həsr olunmuş yığıncaq nəticəsiz qurtarıb. Liderlər tərəfdarlarında ümid yaratmaq, onlara dəstək verməli olduğu halda özləri gedəcəkləri yolu tapa bilməyiblər.
“Milli şura”nın qərar qəbul edə bilməməsi onun vahid gücə çevrilməməsinin nəticəsidir. İclasın sonunda keçirilən səsvermənin nəticələri də göstərir ki, bu qurum ən azı bir-birini həzm edə bilməyən eyni güclü iki hissədən ibarətdir.
“Milli şura” yarandığı vaxtdan tərəfdarlarının duyğuları ilə oynamağa başladığını desək yəqin ki, yanılmarıq. İki vətəndaşlığı olan Rüstəm İbrahimbəyovun vahid namizəd kimi göstərilməsi, onun üzərində təbliğat-təşviqat işlərinin qurulması, sonda isə prezidentliyə namizəd kimi tələb olunan sənədlərin MSK-ya təqdim edilə bilməməsi “milli şura”nın tərəfdarlarını, sözün həqiqi mənasında, şoka salıb.
İlk əvvəl Rusiyanın dəstəklədiyi qurum kimi təqdim olunmasına etiraz etməyən “milli şura” R.İbrahimbəyovun vətəndaşlığı ləğv edilməyincə antirusiya mövqeyi sərgiləməyə başladı. Belə qeyri-ciddi yanaşmalar nəhayət ki, öz mənfi nəticəsini verdi və indi bu qurum böhran qarşısındadır.
Lakin “milli şura”nın uğursuzluğu sevinc doğura bilməz. Bu, respublikamızda müxalif düşərgənin hələ tamamilə siyasiləşə bilmədiyini, siyasi mübarizə mexanizmlərini kifayət qədər mənimsəmədiyini göstərir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info