İnnovasiyalar və tibb: yaxın 10 ildə bəşəriyyəti hansı kəşflər gözləyir
Tarix: 25.07.2019 | Saat: 20:49:00 | E-mail | Çapa göndər



Bu il Dünya İntellektual Mülkiyyət Təşkilatının (DİMT) məruzəsində əsas diqqət tibdə innovasiyalar məsələsinə cəlb olunub. Müəlliflər bildirirlər ki, bu sahədə hər hansı kəşf əhalinin geniş təbəqələrinin istifadəsinə verilməzdən əvvəl çoxsaylı instansiyalardan keçir. AZƏRTAC BMT-nin Xəbərlər Xidmətinə istinadla xəbər verir ki, bəzən həmin proses onilliklər boyu uzanır.

Ekspertlər hazırkı tədqiqatların nəticələrindən çıxış edərək hesab edirlər ki, hüceyrə biologiyasının inkişafı sayəsində yaxın onillikdə autoimmun xəstəliklərin, o cümlədən qırmızı qurdeşənəyinin, revmatoid artritin, səpələnmiş sklerozun və bir çox digər xəstəliklərin müalicəsində sıçrayış gözləmək olar. Həkimlərin xərçəng metastazlarının inkişafının qarşısını ala biləcəkləri istisna olunmur.
İndiki tədqiqatlar nevrologiya, Altsheymer xəstəliyinin və onurğa beyni travmalarının müalicəsində, habelə ağrıya qarşı mübarizədə kəşflərə gətirib çıxara bilər.
Xərçəngin immunoterapiyanın köməyi ilə müalicəsi sahəsində ümidverici tədqiqatlar aparılır. Gen mühəndisliyi genetik xəstəliklər problemini həll edə bilər. Məruzə müəllifləri qeyd edirlər ki, genomun redaktəsi etik xarakterli çoxsaylı problemlərlə bağlıdır və bəşəriyyət bu problemi həll etməlidir.
Çində və bir sıra digər ölkələrdə ağciyər xərçəngindən tutmuş diabetik retinopatiyaya qədər bir çox xəstəliklərin diaqnostikasında süni intellektdən uğurla istifadə olunur. Robot həkim üçün əhəmiyyətli olan müxtəlif tədqiqatların göstəricilərini hesablayır, xəstə orqanın şəkillərini çəkir. Pasiyent isə telefonundakı əlavənin köməyi ilə öz əlamətlərini tətbiq edir və diaqnoz alır.
Süni intellekt tibbi məlumatlarının toplanmasının, emalının və qorunub saxlanılmasının öhdəsindən uğurla gəlir, xəstəxana və poliklinikalarda idarəetmənin səmərəli olmasına, əhalinin maarifləndirilməsinə, habelə əczaçılıq sahəsində tədqiqatlar aparmağa kömək edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info