İran nüvə danışıqlarına hazırdır
Tarix: 20.08.2013 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


“İran nüvə danışıqlarına hazırdır. Ancaq hələlik İran prezidenti Həsən Ruhaninin ölkənin nüvə müzakirələrindən məsul olacaq şəxsləri müəyyənləşdirməsini gözləyirik”.
Bu fikri İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı yerli və xarici jurnalistlər üçün bu gün keçirdiyi həftəlik mətbuat konfransında səsləndirib. Əraqçı nüvə məsələsinin İran Ali Milli Təhlükəsizlik Şurasından alınaraq Xarici İşlər Nazirliyinə verilməsi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib: “İranın nüvə məsələsinin bu iki qurumdan hansında olmasının heç bir fərqi yoxdur. Çünki İranda dəyişilməz prinsiplər var. Ölkənin nüvə sahəsində təbii hüququ və nailiyyətləri qorunur. Ancaq İranın nüvə məsələsi ilə bağlı yeni yanaşma və yollar ola bilər. Bu məsələ İran Ali Milli Təhlükəsizlik Şurasında və ya Xarici İşlər Nazirliyinin tabeliyində olub-olmasından asılı olmayaraq diqqətdə saxlanacaq. Lakin ölkə prezidenti hələlik bununla bağlı heç bir qərar verməyib. Əgər nüvə məsələsinə İran Xarici İşlər Nazirliyi məsuliyyət daşıyarsa, bu qurumun lazımi imkanlarının olduğuna və yaxşı nəticə verəcəyinə əminəm”. A.Əraqçı İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında baş tutan telefon danışığına da toxunub: “Ketrin Eşton Məhəmməd Zərifdən İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin qısa müddətdə bərpa edilməsini istəyib. İran XİN rəhbəri isə ölkəsinin məqsədyönlü və nəticəsi olan müzakirələr aparılmasının tərəfdarı olduğunu deyib. Məhəmməd Zərif həmçinin sadəcə danışıqlar xatirinə müzakirələrin keçirilməsini istəmədiklərini və bunun məqbul təklif olmadığını bildirib”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info