Ağcabədidə Mərkəzi Rayon Xəstəxanasında helikopter dayanacağı inşa edilib
Tarix: 20.08.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Təməli 2011-ci ilin mayında Prezident tərəfindən qoyulmuş Ağcabədi şəhərindəki 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi başa çatıb. 4 hektardan artıq əraziyə malik yeni xəstəxana kompleksi bir-birinə keçidi olan, hər biri dördmərtəbəli 5 böyük korpusdan və 3 əlavə yardımçı binadan ibarətdir.
Ən müasir avadanlıqla təchiz edilən xəstəxananın zirzəmisində camaşırxana və mətbəx yerləşir. Birinci mərtəbədə qəbul, ginekologiya və doğum şöbələri, uşaq poliklinikası, diaqnostika, laboratoriya, poliklinika, otolarinqologiya şöbələri, ikinci mərtəbədə əməliyyat bloku, observasiya, reanimasiya, intensiv terapiya, cərrahiyyə və uşaq terapiya şöbələri, üçüncü mərtəbədə isə fərdi doğum palataları, uşaq terapiyası, tibbi bərpa mərkəzi, kardiologiya və terapiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın dördüncü mərtəbəsində doğuş-əməliyyat bloku, terapiya otaqları və konfrans zalı yerləşir. Xəstəxana “Otis” markalı liftlə təchiz olunub.
Yeni tibb müəssisəsində xəstələrin təcili əməliyyatı, bir yerdən başqa yerə aparılması üçün helikopter xidməti də fəaliyyət göstərəcək. Helikopter dayanacağı binanın üst qatında inşa edilib.
Xəstəxanada “Hitachi” markalı kondisionerləşdirmə, havalandırma sistemləri quraşdırılmış, əməliyyat bloku gigiyenik paketlərlə havalandırılmış, mərkəzləşdirilmiş kompyuter şəbəkəsi yaradılıb. Səhiyyə müəssisəsinin həyətində patoloji anatomiya korpusu, qazanxana, elektrik yarımstansiyası, 2 su anbarı inşa edilmiş, generator, elektrik tənzimləyicisi, ildırımötürücü quraşdırılıb. Hazırda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan xəstəxananın həyətində abadlıq işləri aparılır. Xəstəxana istifadəyə verildikdən sonra burada qonşu rayonların da əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info