“Obozrevatel.com”: “İlham Əliyevi seçicilərin 80 faizindən çoxu dəstəkləyir”
Tarix: 20.08.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


“Son 10 ildə Azərbaycan beynəlxalq arenada nüfuzlu siyasi oyunçuya çevrilib. Bu ölkə illər ərzində ardıcıl olaraq bir tərəfdən “çoxvektorlu”, digər tərəfdən “bərabərhüquqlu münasibət” siyasəti həyata keçirib”

Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasında böyük rol oynayır. Rəsmi Bakının bu siyasətinin nəticəsidir ki, ölkəmiz 150-dən çox dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Azərbaycanın həyata keçirdiyi bu siyasət beynəlxalq ekspertlərin, siyasi analitik mərkəzlərin də diqqət mərkəzindədir. Elə Ukraynanın “Obozrevatel.com” saytında yerləşdirilən məqalə də bu haqdadır.

Həmin yazıda qeyd edilir ki, postsovet məkanında bir-birinə zidd olan-qərbyönümlü və rusiyayönümlü siyasət həyata keçirilir. Vurğulanır ki, Litva, Latviya və Estoniya birmənalı şəkildə qərbyönümlü kursu seçiblər. Digər postsovet ölkələri hələ də Rusiyanın güclü təsiri altındadır: “Nədənsə bir çox ekspert, o cümlədən Ukraynadakılar postsovet məkanı ölkələrinin inkişafı üçün üçüncü yolun, Azərbaycanın uğurla getdiyi yolun olduğunu görmək istəmirlər. Bu keçmiş sovet ölkəsi Avropa İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə uğurla əməkdaşlıq edir. Rusiya prezidenti Vladimir Putinin son Bakı səfəri göstərdi ki, Azərbaycan fərqli tərəfdaşlarla ümumi dil tapa, bərabərhüquqlu dialoq qura bilir. Bu respublikada çoxdandır ki, nəhəng Qərb enerji şirkətləri fəaliyyət göstərir. Bakı bu gün eyni vaxtda bir neçə neft-qaz kəmərinin (TANAP, TAP) inşasında iştirak edir, bu yaxınlarda Yunanıstanın qaz şəbəkəsini alıb. Elə keçən il Azərbaycan ona dost dövlət olan Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırıb. Birgə layihələr sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə yüksələrək, enerji sahəsindən asılı olmayaraq elmtutumlu, yüksək texnologiyaların tətbiqi ilə inkişaf edir. Bu isə öz növbəsində ölkənin xarici siyasi mövqeyini gücləndirib.

“İlham Əliyev ölkəsini ən güclü regional liderə çevirmiş strategiyaya sadiq qalaraq, seçkiöncəsi dedi-qodulara diqqət ayırmayaraq, planauyğun işini davam etdirir. O, Rusiya, Avropa İttifaqı, ABŞ və Yaxın Şərqdəki tərəfdaşları üçün yeni təşəbbüslər ortaya qoyur”

Qəti şəkildə demək olar ki, bu gün Azərbaycan Balkan ölkələrində, Bolqarıstanda, Albaniyada, Avropa ölkələri olan Avstriya, Almaniya və İtaliyada real təsirə malikdir. Bu ölkələrin hər biri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunu avropalıların tez-tez Bakıya səfər etməsi və Azərbaycanla tərəfdaşları arasında imzalanan sənədlər də təsdiqləyir. Buna misal olaraq Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq haqqında Zaqreb bəyannaməsini göstərmək olar. Eləcə də Birləşmiş Ştatlar Azərbaycanla əməkdaşlıq etməyə hazırlığını və arzusunu hər fürsətdə nümayiş etdirir.

“Bu gün Bakı kifayət qədər gücə malikdir ki, heç bir kənar təsir olmadan keçmiş sovet ölkələrini ətrafında birləşdirən mərkəz olsun”

ABŞ Azərbaycanı Avropa üçün enerji donoru kimi yox, Yaxın Şərqdə sülhün açarı olan müttəfiq kimi qəbul edir. Amma bu vəziyyət Azərbaycanın Rusiya ilə əməkdaşlığına heç bir təsir göstərmir. Axı Bakı Moskva üçün Xəzər regionunda qiymətli müttəfiqdir. Bakının Yaxın Şərqdəki münaqişələrin həllində özünəməxsus, üçüncü vasitəçi kimi çıxış etmək imkanı var. Məsələn, Bakı Suriya münaqişəsinin həllində, ABŞ-İran qarşıdurmasında vasitəçilik edə, Rusiyaya Yaxın Şərqdə itirdiyi mövqeləri bərpa etməkdə yardım edə bilər. Son 10 ildə Azərbaycan beynəlxalq arenada nüfuzlu siyasi oyunçuya çevrilib. Bu ölkə illər ərzində ardıcıl olaraq bir tərəfdən “çoxvektorlu”, digər tərəfdən “bərabərhüquqlu münasibət” siyasəti həyata keçirib. Belə əməkdaşlıq enerji və iqtisadiyyat sahəsində qarşılıqlı sərfəli olub.

“Ukrayna Azərbaycana başqa gözlə-keçmişdə dostluq münasibəti olan respublika kimi yox, bu gün və gələcəkdə sərfəli iqtisadi münasibətlərimizin ola biləcəyi çox qüdrətli dövlət kimi baxmalıdır”

Məhz belə kurs 1990-cı illərdə o vaxtkı Prezident Heydər Əliyev tərəfindən yaradılıb və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində İlham Əliyev seçicilər arasında sabit yüksək reytinq nümayiş etdirir və böyük ehtimalla oktybarın 9-da keçiriləcək seçkilərdə qələbə qazanacaq. Müşahidəçilər İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanacağını proqnozlaşdırırlar. Reytinqlər göstərir ki, onu seçicilərin 80 faizdən çoxu dəstəkləyir. Ona görə də təbii olaraq maraqlı tərəflər vaxt itirməyərək yenidən seçiləcək prezidentlə əməkdaşlığı davam etdirirlər. İlham Əliyev ölkəsini ən güclü regional liderə çevirmiş strategiyaya sadiq qalaraq, seçkiöncəsi dedi-qodulara diqqət ayırmayaraq, planauyğun işini davam etdirir.

“Vladimir Putinin son Bakı səfəri göstərdi ki, Azərbaycan fərqli tərəfdaşlarla ümumi dil tapa, bərabərhüquqlu dialoq qura bilir”

O, Rusiya, Avropa İttifaqı, ABŞ və Yaxın Şərqdəki tərəfdaşları üçün yeni təşəbbüslər ortaya qoyur. Bu situasiyada Ukrayna Qərblə Şərq arasında çabalamağa son qoymaq üçün yaxşı şans əldə edib. Bunun üçün vaxtilə Heydər Əliyev, Leonid Kuçma və Eduard Şevardnadzenin müəllifi olduğu təşəbbüsü dirçəltmək lazımdır. Məhz onlar GUAM-ı yaratmışdılar. Vaxtilə bu təşkilat amerikayönümlü istiqamətdə idi. Bu gün ABŞ-ın bu təşkilata marağının itdiyini nəzərə alsaq, qurum yeni xarakter ala bilər. Məsələn, təşkilat nəhənglərin nəqliyyat ittifaqı üçün əsas ola bilər. Əlbəttə, nəzrə almaq lazımdır ki, Ukrayna ilə Azərbaycanın münasibətlərində müəyyən çətinliklər oldu. Məsələn, Ukrayna Azərbaycanın TANAP qaz boru kəmərinin inşasında iştirak edə bilmədi. Bu uğursuzluğa bxmayaraq, Azərbaycan və Ukraynanın ortaq nöqtələri fikir ayrılığından daha çoxdur. Bizim ölkələri sonradan dondurulmuş birgə enerji layihələri birləşdirir. Məsələn, Bakı-Tiflis-Supsa neft kəməri. Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin bu kəmər vasitəsilə Supsaya, oradan tankerlərlə Odessaya çatdırılması nəzərdə tutulurdu. Əgər 1990-cı illərdə GUAM-ın təşəbbüsü kənardan idisə, bu gün Bakı kifayət qədər gücə malikdir ki, heç bir kənar təsir olmadan keçmiş sovet ölkələrini ətrafında birləşdirən mərkəz olsun. Bu birlik heç bir narazılıq olmadan Gömrük İttifaqı ilə də, Avropa İttifaqı ilə də əməkdaşlıq edə bilər. Avropada belə analoji birliklər çoxdandır ki, fəaliyyət göstərir. Misal kimi, Avropa ölkələri arasında azad ticarət zonasının inkişafı üçün 1960-cı ildə yaradılmış Azad Ticarət üzrə Avropa Assosiasiyasını göstərmək olar. Müxtəlif vaxtlarda bu təşkilata Britaniya, İsveç, Avstriya, Portuqaliya kimi ölkələr də daxil olub. Bu gün həmin təşkilata Avropa İttifaqına üzv olmaq istəməyən Norveç, İsveçrə, Lixtenşteyn və İslandiya kimi dövlətlər daxildir. Onlar özlərinin azad ticarət zonalarına sahibdirlər. Ona görə də Ukrayna da Azərbaycanla birlikdə özlərinin azad ticarət zonalarını yarada və yaxud sonradan hər iki ölkənin inkişafına xidmət edəcək iqtisadi münasibətlərin inkişafının başqa formatını tapa bilərlər. Amma bunun üçün Ukrayna Azərbaycana başqa gözlə-keçmişdə dostluq münasibəti olan respublika kimi yox, bu gün və gələcəkdə sərfəli iqtisadi münasibətlərimizin ola biləcəyi çox qüdrətli dövlət kimi baxmalıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info