Hicablı qadına hücum İsveçi qarışdırdı
Tarix: 21.08.2013 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Hicab geyindiyinə görə hücuma məruz qaldığı deyilən müsəlman qadınına dəstək olaraq, İsveç qadınları ənənəvi müsəlman baş örtüyü geyinərək sosial mediada şəkillərini paylaşmağa başlayıblar. Məlumata görə, etiraz nümayişinə qoşulanlar arasında müxtəlif dinlərin nümayəndələri, o cümlədən siyasətçilər və televiziya aparıcıları da olub.
"Hicab etirazı" fəalları höküməti "İsveç müsəlman qadınlarını dini etiqad azadlığı ilə təmin etməyə" çağırıblar.
Xatırladaq ki, şənbə günü qadına hücum edən şəxs qadının hicabını əyinindən çıxararaq onun başını maşına vurub. Bundan sonra qadın xəstəxanaya aparılıb. Hücumçu həmçinin hamilə qadına irqçi təhqirlər ünvanlayıb. Bu barədə onun dostları İsveç mediasına deyib. Polis hadisəni araşdırır.
Etirazçılara qanunvericilər Ana Romson və Veronica Palm və televiziya aparıcısı Gina Dirawi də qoşulub. Kampaniyaya qoşulanlar İsveçdə "müsəlman qadınların üzləşdiyi ayrı-seçkiliyi" diqqətə çatdırmaq istədiklərini deyiblər.
Ədliyyə naziri Beatrice Ask deyib ki, bu cür hücumları çox ciddiyə almaq lazımdır. Çərşənbə axşamı nazirin fəallarla görüşü gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info