Ağ kələm yeyilməsi avitaminozu aradan qaldırır
Tarix: 30.07.2019 | Saat: 20:08:00 | E-mail | Çapa göndər



Milli mətbəximizdə kələmdən müxtəlif salat və xörəklərin hazırlanmasında istifadə olunur. Vitamin və mikroelementlərlə zəngin olan kələmin brokkoli, Brüssel, Pekin, ağ, qırmızı və gül kələm kimi növləri var. Onların arasında ağ kələm özünəməxsus yer tutur.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, kələmin keyfiyyəti onun yarpağının say və sıxlığından asılıdır. Yaşılımtıl-ağ rəngdə olan kələmin özəyində, yəni saplağında qara ləkələrin olması onda çürümə prosesinin başlandığını göstərir. Yarpaqlarının solmasının qarşısını almaq üçün kələmin buzlu suya salınaraq bir neçə dəqiqə saxlanılması yarpaqların yenidən canlanmasına səbəb olur.
Kələmin insan sağlamlığına böyük faydası var. Ağ kələm tərkibində olan C vitamini sayəsində orqanizmdə baş verən avitaminozu aradan qaldırır. Bundan başqa onun ağrıkəsici və iltihab əleyhinə təsir göstərmək qabiliyyəti var. Podaqradan əziyyət çəkənlərin qida rasionuna kələm əlavə edilməsi faydalıdır. Eyni zamanda, ürək və böyrək xəstəliklərinə qarşı kələm yeyilməsi, mədə şirəsinin turşuluğu az olanda isə onun şirəsini içmək məsləhət görülür.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info