Bakıda intellektual oyunlar üzrə beynəlxalq festival keçiriləcək
Tarix: 21.08.2013 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Avqustun 23-də dünyanın tanınmış biliciləri Bakıya toplaşacaqlar. Burada üç gün ərzində intellektual oyunlar üzrə beynəlxalq festival–“İçərişəhər Kuboku” turnirinin yekun mərhələsi keçiriləcək.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən bildiriblər ki, festival “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının nəzdindəki “İçərişəhər” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilir. Festivalın əsas tərəfdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi, tərəfdaşları isə “Art Garden” restoranı və “Sea Breeze” mehmanxanasıdır.
Festivala tanınmış bilicilər, o cümlədən Moskvanın “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçuları da qatılacaqlar. Ümumilikdə festivalda 30 komanda iştirak edəcək. Proqramda “Nə? Harada? Nə zaman?” və “Svoya iqra” oyunları üzrə turnirlərin təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, festival “İçərişəhər Kuboku” beynəlxalq turnirinin yekun mərhələsidir. İlk üç mərhələ 2012-ci ilin noyabrından 2013-cü ilin aprelinədək keçirilib. Turnirin hər mərhələsində dünyanın 100-dən artıq ölkəsindən 500-dək komanda iştirak edib. Turnirin keçirildiyi hər bir şəhərdə yerli bilicilərə Bakının və İçərişəhərin çoxəsrlik tarixi haqqında məlumatlar çatdırılıb.
ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, İsrail, Çexiya, Latviya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Qazaxıstan kimi ölkələrin komandalarının çıxış etdikləri turnirin coğrafi miqyasını və iştirakçılarının sayını nəzərə alaraq demək olar ki, bütün dünyanın biliciləri ölkəmiz haqqında maraqlı və yaddaqalan məlumatlar əldə ediblər.
“İçərişəhər Kuboku” festivalı ilk dəfə keçirilir. Gələcəkdə bu qəbildən olan festivalların hər il keçirilməsi nəzərdə tutulur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info