İlham Əliyevin 10 illik prezidentlik fəaliyyətini əks etdirən sayt açılıb
Tarix: 21.08.2013 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Sayt yeddi dildə fəaliyyət göstərəcək

Bu gün İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet
saytı açılıb.

“President-az.com” ünvanında fəaliyyətə başlayan saytın müəllifi bundan əvvəl Azərbaycan, o cümlədən Qarabağ haqda ensiklopedik internet resurslarının müəllifi olan İlham Abduyevdir. Sayt 40 bölmədən ibarətdir. Bölmələr Azərbaycanda prezident İlham Əliyevin ötən 10 ili əhatə edən hakimiyyəti dövründə iqtisadiyyatdan tutmuş sosial təminata, ordu quruculuğundan xarici siyasətə, mədəniyyətə, idmana və digər sahələrə dair görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrini əks etdirir.
Bölmələrdə 300-dən çox məqalələr toplusu yerləşdirilib. Bu məqalələr həcmcə yığcamdır, eyni zamanda faktlar və rəqəmlər, inkişaf dinamikasına dair göstəricilər üzərində qurulub. Sayt Azərbaycan, ingilis, rus, türk, alman, fransız və ispan dillərində təqdim olunur, internet texnologiyalarının ən yeni nailiyyətləri əsasında hazırlanıb və orijinal təqdimat üslubuna malikdir.
“President-az.com” internet resursunun fəaliyyətə başlaması ilə əlaqədar saytda İlham Abduyevin müraciəti də yer alır. İ.Abduyev müraciətində saytın yaradılmasının hansı zərurətdən irəli gəldiyini əsaslandıraraq qeyd edir ki, ölkənin ən yüksək reytinqə malik siyasətçisi kimi İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanmaq şansının kifayət qədər yüksək olduğu şübhə doğurmur.
Sitat: “Azərbaycan Prezidenti bu şansı ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb. Tam əminliklə demək olar ki, İlham Əliyevin hakimiyyət başında olduğu ötən 10 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşəcək. Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş verib, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bir sözlə, İlham Əliyevin ötən 10 illik prezidentliyi dövründə elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Rəhbərlik etdiyim “azerbaijans.com” saytının intellektual komandası olaraq bu seçki ilində qərara aldıq ki, Azərbaycanın həm ötən 10 illik inkişaf tarixinə yekun vuran, eyni zamanda seçicilərin nədən növbəti müddətə İlham Əliyevi prezident seçməli olduğunu əsaslandıran, siyasi mübarizəyə yeni çalar gətirən bir layihə ortaya qoyaq. Bu, Azərbaycan prezidentinin ötən 10 illik fəaliyyəti dövründə ölkəmizin haradan haraya gəldiyini, hansı nailiyyətlər qazandığını hər kəs üçün anlaşılan sadə dildə, eyni zamanda faktlara, statistik göstəricilərə əsaslanan təhlillə, yeddi dildə təqdim edən, internet və multimedia texnologiyalarının ən son nailiyyətləri üzərində qurulan, uzunmüddətli gərgin əməyin nəticəsi olaraq sizlərə təqdim etdiyimiz “president-az.com” saytıdır”.
İ.Abduyev vurğulayır ki, sayt Azərbaycan dilindən əlavə, dünyanın 200-dən çox ölkəsinin 150-dən çoxunda anlaşılan altı aparıcı dildə yayılır. Onun sözlərinə görə, internetin hazırda informasiya və təbliğat vasitəsi kimi dünyada sürətlə artan rolunu nəzərə alaraq bu layihə Azərbaycan barədə həqiqətlərin dünyaya çatdırılmasında da mühüm vasitə ola bilər. Lakin sayt prezidentin gündəlik iş fəaliyyətinə dair məlumatları çatdırmaq mahiyyətindən uzaqdır. Müəllif xatırladır ki, bunun üçün prezidentin rəsmi internet saytı fəaliyyət göstərir: “Bizim məqsədimiz prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə görülmüş işlərə yekun vurmaq, eyni zamanda onun seçki təbliğatına dəstək vermək və Azərbaycanın növbəti beş ildə İlham Əliyevin prezident kimi fəaliyyəti sayəsində daha hansı uğurlar əldə edəcəyini göstərmək məqsədi daşıyır. Saytın hazırlanmasına və orada yer alan təhlillərin aparılmasına müxtəlif sahələr üzrə peşəkarlar, ekspertlər, o cümlədən xarici ekspertlər cəlb olunublar”.
Saytda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasının əsas müddəalarının yer aldığı xüsusi bölmə də var. Həmçinin məlum olur ki, sayt müntəzəm olaraq yenilənəcək, bu məqsədlə saytda ayrıca bölmə nəzərdə tutulub və orada 2020-ci ilə hədəflənmiş proqramların həyata keçirilməsi sahəsində görülmüş işlərin, həmçinin prezidentin qəbul etdiyi qərarların təhlili yer alacaq. “President-az.com” saytı Azərbaycanın ötən 10 ildə kasıblığın və işsizliyin yüksək olduğu ölkədən firavanlığın hökm sürdüyü, əhalinin rifahının yüksəldiyi, regionda şəksiz liderliyə malik olan ölkəyə çevrildiyini əks etdirən layihədir. İnanırıq ki, bu layihə Azərbaycanda siyasi mübarizə üsullarına yeni çalar gətirəcək. İlk dəfə olaraq prezident seçkilərində iştirak edən namizədin hakimiyyət başında olduğu müddət ərzində gördüyü işlər, eyni zamanda gələcəyə yönələn hədəflər bu cür kompleks şəkildə, təhlil olunmuş üslubda və indiki formatda seçicilərə çatdırılır. Nəticədə seçicilər üçün müqayisə imkanı yaranır: Prezident İlham Əliyevin potensial alternativləri hansı proqramı təklif edir, ümumiyyətlə təklif edirmi və onların təklif etdikləri ilə İlham Əliyevin gördüyü işlər, gələcəyə yönələn planlar arasında hansı fərqlər var?”- deyə Abduyev müraciətində bildirir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info