Arif Hacılı “milli şura”nın çökdüyünü açıqladı
Tarix: 21.08.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“Milli şura”da yaşanan son olaylar artıq özünün pik həddinə çatıb. Qurumun keçirdiyi son sessiyada vahid namizədlik ətrafında yaranmış məlum narazılıq isə “milli şura” üçün biabırçı həddə çatıb. Təsadüfi deyil ki, AXCP-Müsavat qarşıdurmasının davam etdiyi bir vaxtda
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının son açıqlaması da cəbhəçilər tərəfindən sosial şəbəkələrdə böyük aqressiya ilə qarşılanıb. AXCP-yə məxsus olan qruplarda müzakirəyə çıxarılan A.Hacılının fikirlərində müxalifətin məğlubiyyət etirafı yer alıb.
A.Hacılı qeyd edib ki, əslində yaranmış vəziyyəti "vaxt keçir kimi yox, vaxt artıq keçib" kimi də dəyərləndirmək olar: "Çünki artıq seçki kampaniyasının başlanmasından 11 gün keçib, amma biz hələ də namizəd məsələsi ilə əlaqədar yaranmış böhrandan çıxa bilməmişik. Hesab edirəm ki, bir neçə gün ərzində bu sualların hamısına cavab tapılacaq. Biz Müsavat Partiyası olaraq müxalifətin bu seçkilərdə birgə iştirakına nail olmaq üçün bütün güzəştlərə hazır olmuşuq və indi də hazırıq".
A.Hacılı qeyd edib ki, bu müzakirələrin nəticəsiz başa çatacağı halda Müsavat Partiyası müstəqil hərəkət edəcək: "Təbii ki, biz “milli şura”dakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək, onda müstəqil qərarlarımızı qəbul etmək üçün müzakirələrə başlamalı olacağıq".
Cəbhəçiləri bu fikirlərdə ən çox narahat edən məqam odur ki, A.Hacılı “milli şura”dakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək” deməklə AXCP sədri Əli Kərimlini nəzərdə tutub. Cəbhəçilər də isə Əli Kərimlinin seçkilərə qatılmamaq ideyasını müdafiə edirlər. Belə bir məqamda yenidən Müsavatın seçkiyə qatılmaq istəyi cəbhəçilərdə hiddət doğurub.
İstənilən halda vahid qurumda birləşdiklərini iddia edən müxalifət partiyalarının hələ də bu şəkildə “didişməsi” onların faciəsi kimi qəbul edilməlidir. Kinodramaturqun ardı ilə gedib sonda quyuya düşdüklərini anlayan radikalların bundan sonra hansı addımlar atacaqları isə maraq doğurur. Ehtimal etmək olar ki, AXCP seçki gününə qədər İbrahimbəyovun ətəyindən yapışacaq. Müsavat isə qalmaqallı şəkildə “milli şura”dan ayrılaraq seçkiyə partiya olaraq qatılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info