Qoşulmama Hərəkatı Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
Tarix: 01.08.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda XVIII Zirvə Görüşü keçiriləcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu zirvə görüşü və Azərbaycan Respublikasının 2019-2022-ci illər üzrə bu quruma sədrliyi ilə bağlı AZƏRTAC-a müsahibə verib.
O, müsahibə qeyd edib ki, Qoşulmama Hərəkatı soyuq müharibə zamanı yaransa da, bu gün də müasir dünyada öz aktuallığını itirmir, qlobal problemlərin həlli və dövrümüzün çağırışlarına cavab vermək baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu aktuallıq nədən ibarətdir? Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bircə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının 2018-ci ilin aprelində Bakıda keçirilmiş Nazirlər konfransında qeyd etdiyi kimi, “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.
2011-ci ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv oldu. Burada bir haşiyə çıxıb qeyd etmək istərdim ki, Azərbaycanı QH-da təmsil olunan ölkələrin bir çoxu ilə tarixən hansısa formada müxtəlif tellər bağlayır. Region, ərəb və müsəlman ölkələri ilə tarixi və dini bağlılığımız var. Yaxud, keçmiş sovetlər dönəmində Vyetnamdan tutmuş Kubaya qədər nəhəng bir coğrafiyadan minlərlə insan Azərbaycanda ali təhsil alıb. Məsələn, təkcə Afrika qitəsindən bu rəqəm 12-15 min civarındadır.
Qoşulmama Hərəkatında üzvlük ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açdı. Elə 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu əyani surətdə sübut etdi”.

“Azərbaycanın QH-yə üzv olması həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verib”
Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının QH-na üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini vermişdir: “Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunmuşdur.
Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində Azərbaycan Respublikası öz prinsipial, beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti ilə Hərəkatın üzv ölkələri arasında böyük nüfuz qazandı. Məhz bu nüfuz və etimadın məntiqli nəticəsi kimi 2016-cı ildə QH-na üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammitində növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycan Respublikasına həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olundu”.
Bu arada Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Təmas xəttindəki sərhəd döyüş mövqelərinə qarşı erməni təxribatları davam edir

Yeri gəlmişkən qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub.
Atışma zamanı Dövlət Sərhəd Xidmətinin döyüş növbəsində xidmət aparan bir hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
Beləliklə, müharibə şəraitin-də yaşayan Azərbaycanda Milli Ordusunun inkişafı və möhkəmlənməsi daimi dövlətin diqqətindədir. Eyni zamanda Azərbaycan vətəndaşları da Milli Ordunun möhkəmlənməsi üçün dəstək göstərir. Artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il avqustun 1-dək 101 milyon 775 min 225,87 manat, 213 min 577,88 ABŞ dolları, 17 min 266 avro və 5000 rubl vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info