Gəncədə məcburi köçkünlər üçün tikilən binalarda tamamlanma işləri görülür
Tarix: 21.08.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə Gəncə şəhəri ərazisində ayrılmış 25 hektar sahədə salınan qəsəbədə artıq tamamlanma işləri görülür.Qəsəbədə hər biri beşmərtəbəli olmaqla 25 ədəd yaşayış binası inşa edilib. Bu binalarda 150 ədəd bir, 650 ədəd iki, 550 ədəd üç və 150 ədəd dördotaqlı mənzillər var. Bundan əlavə, qəsəbədə 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, 500 yerlik mədəniyyət sarayı, həkim məntəqəsi, ATS və inzibati binalar, eləcə də yanğın deposu inşa edilib.
Hazırda qəsəbənin su, kanalizasiya, həmçinin qaz və işıq xətlərinin çəkilişləri sürətlə davam etdirilir. Qəsəbədaxili yolların bir qisminə asfalt salınmış və işıqlandırma sistemi yaradılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 21-də qəsəbəyə gəlib, burada yekunlaşmaq üzrə olan inşaat işlərinin vəziyyəti ilə yaxından tanış olub. Qəsəbədə ən müasir üslubda inşa edilmiş mədəniyyət sarayına və məktəb binasına baxış keçirən Baş nazirin müavini, yaşayış evlərini gəzib. Əli Həsənov qəsəbədə inşaat işlərinin gedişi ilə tanış olduqdan sonra tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirib.
Müşavirədə tikinti şirkətləri rəhbərlərinin məlumatları dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info