Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
Tarix: 21.08.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət ölkəmizin siyasi nüfuzunu artırmaqla yanaşı, iqtisadi sahədə də böyük uğurların qazanılmasını təmin edib. Xüsusilə, enerji sahəsində həyata keçirilən praqmatik siyasət Azərbaycanın mövqelərini xeyli gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu siyasət dünya mediasında da diqqətlə izlənilir. Avropa ölkələri zəncirvari şəkildə böhran dalğasının təsirinə məruz qaldığı bir vaxtda Azərbaycan məhz Prezidentin başçılığı altında həyata keçirilən siyasət nəticəsində böhrandan yan keçə bilib. Əksər Avropa ölkələrində maaşlar, sosial təminatlar kəsildiyi halda, Azərbaycanda əks proses gedir. Elə bir gün əvvəl Prezident bir çox sahələrdə çalışanların maaşlarının artırılması haqqında müvafiq sərəncam imzaladı. Qarşıdakı günlərdə digər sahələrdə çalışanların, o cümlədən pensiyaların artırılması gözlənilir. Təkcə elə bu fakt Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətdən xəbər verir. Bu kimi amillər Azərbaycanı MDB ölkələri arasında fərqləndirərək, real iqtisadi inkişaf, əməkhaqqı artımı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına görə, lider ölkəyə çevirib. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, fəal və çevik diplomatiya kursu ölkəmizi beynəlxalq münasibətlər sistemində də güclü aktora çevirib. Artıq ölkəmizin siyasi-iqtisadi uğurları Avropa ölkələri ilə müqayisə olunmağa başlayıb. Şübhəsiz ki, Azərbaycan kimi ərazi baxımından kiçik dövlətin bu cür nəhəng layihələrə imza atması, ciddi uğurlar qazanması xarici ölkə mətbuatının da diqqətini cəlb edir. Demək olar ki, hər gün xarici media orqanlarında Azərbaycanın uğurları ilə bağlı analitik yazılar dərc edilir. Onlardan birini də Ukraynanın nüfuzlu “Obozrevatel.som” saytı hazırlayıb. Ukraynalı ekspertlərə istinadən yayılan analitik məqalədə Azərbaycanın uğurları, Prezident İlham Əliyevin xalq arasında böyük nüfuza malik olması qeyd edilib. Ukraynalı ekspertlər ölkələrinin siyasilərinə çağırış edirlər ki, böyük iqtisadi uğurlara imza atan Azərbaycanla əməkdaşlığı genişləndirsinlər, bundan Kiyev ancaq qazana bilər. Azərbaycanın həyata keçirdiyi siyasətin MDB ölkələrinin siyasi kursundan fərqləndiyini, rəsmi Bakının balanslı xarici siyasət kursu həyata keçirərək bütün maraqlı tərəflərlə dostluq münasibətləri qura bildiyi qeyd edilir. Məqalədə konkret olaraq qeyd edilir ki, rəsmi Bakı elə siyasət həyata keçirir ki, ABŞ, Avropa və Rusiya arasında əzilmir, seçim etmək qarşısında qalmır. Bu siyasət nəticəsində Azərbaycan bütün maraqlı tərəflərlə münasibətlər formalaşdıra bilib. Bu məqalənin yayılmasından sonra müxalifət nümayəndələri təşviş içinə düşüblər. Sosial şəbəkələrdə geniş yayılan və böyük auditoriya tərəfindən oxunan bu məqalə müxalifət nümayəndələrinin qısqanclığına səbəbə olub. Hələ də hansı namizədlə seçkiyə getmək məsələsində razılıq əldə edə bilməyən müxalifətin «görə bilmədiyi» həqiqətləri xarici medianın görməsi onları təşvişə salıb. Əgər həmin yazıda səslənən faktları iqtidar mətbuatı qələmə alsaydı, müxalifət nümayəndələrinin yalandan da olsa, deməyə sözləri ola bilərdi. Amma hələ də namizəd seçmək uğrunda savaş aparan, bir-birini qıran müxalifət eşitsin-bizlər yox, kənardakı qüvvə, Ukraynanın nüfuzlu media orqanı yazır ki, Azərbaycanda müxalifət düşərgəsində Prezident İlham Əliyeva alternativ namizəd yoxdur, Azərbaycan seçicilərinin 80 faizindən çoxu İlham Əliyevi dəstəkləyir və onun 9 oktyabr seçkisində qələbəsi heç kimdə şübhə doğurmur. Bu həqiqətlərin xarici analitiklər tərəfindən etiraf edilməsi çaş-baş vəziyyətdə olan müxalifəti bir az da sarsıdıb. Ona görə də sosial şəbəkədə məqaləyə qarşı qərəzli fikirlər, statuslar yazırlar. Amma təşviş içində olan həmin şəxslərin diqqətinə çatdıraq ki, həmin yazının müəllifi bizlər yox, Ukraynanın “Obozrevatel.som” saytıdır. İnanmırsınızsa, buyurub baxa bilərsiniz. Əgər sizlərin üzünə vurulan şillə effekti verən həmin faktları oxumaq istəyirsinizsə…





 
Müəllifin son yazıları

28.10.2019 “Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu“
01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
18.09.2013 Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
21.05.2013 Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir
02.03.2013 E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət deməkdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info