Qabil Hüseynli: “Müsavat şələ-şüləsini yığışdırıb “milli şura”dan gedəcək.”
Tarix: 21.08.2013 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Seçki prosesinə rəsmən start verilsə də, “milli şura”da yekdil rəy yoxdur, vahid namizədi qoyub, ehtiyat vahid namizəd seçimi üzərində baş sındırılır. Hətta iş o yerə çatıb ki, bir neçə ehtiyat vahid namizədin təyin olunması məsələsi müzakirələrə çıxarılır. Bu da “milli şura” ətrafında yaranan böhranı getdikcə dərinləşdirir. Doğrudur, bir-birilərinin varlıqlarını həzm etməyən liderlərin 20 ildən sonra bir araya gəlməsi müxalifət üçün müsbət amil sayılmalı idi. Amma, bu yalançı “birlik” özünü doğrultmadı desək, yəqin ki yanılmarıq.
“Palitra”ya açıqlama verən, bir vaxtlar sözügedən müxalifət liderləri ilə yaxın təmasda olmuş politoloq Qabil Hüseynli müxalifət liderləri arasında daim bu məsələ ətrafında fikir ayrılığının olduğunu söylədi. O, indi cəmiyyətin onların komik tamaşasını seyr etdiyini bildirdi. Siyasi şərhçinin sözlərinə görə, ehtiyat namizədin kimliyinin gizlin qalması üçün bir neçə nəfərlə seçkiyə gedilməsi ən ağılsız addım ola bilər:
“Artıq “milli şura” rəhbərlərinin apardıqları siyasət uğursuzluğa düçar olub, oradakılar isə dalana dirəndiklərini hiss ediblər. İndi birmənalı olaraq fiaskodan, dağılma proseslərinin başlanmasından və bu siyasətçilərin xalq qarşısında məsuliyyət hissinin zəifliyindən də danışmaq olar. Çünki təkcə hakimiyyət xalq qarşısında məsuliyyət daşımır. Müxalifət də istənilən situasiya üçün, hətta ölkənin düşə biləcəyi duruma görə də məsuliyyət daşıyır. Tutaq ki, iki siyasi lider bu qurumu fərqli istiqamətlərə dartırsa və ya bir-biri ilə konsensusa gəlməyə razı olmurlarsa, bəs nə əcəb bunlar öz elektoral bazaları və mənsub olduqları siyasi cərəyanın üzvləri qarşısındakı məsuliyyətlərini hiss etmirlər? Niyə bu adamlar sıravi partiya üzvlərindən qorxmurlar ki, böyük qınaqla qarşılaşarlar? Bir gün sadə müxalifətçilər deyəcəklər ki, “siz bu siyasəti düzgün aparmadınız və iflasa uğradınız sonda. Bu birinci, ikinci üçüncü iflas deyil. Bu mənada keçiriləcək sessiyaların birində əməlli başlı “saçyoldusu” olacaq”.
Qabil Hüseynli deyir ki, müxalifət liderlərinin hansı ağılla Eldar Namazov kimi hiyləgər birinin ardıyla getmələrini hələ də anlaya bilmir: “Milli şura”da indiyə kimi prosesləri uzada-uzada aparmalarının müəllifi Eldar Namazov idi. O da artıq son sözünü deməli olacaq. Namazovun məqsədi özünün vahid namizəd olmasıdır. İş elə gətirsə ki, Eldar Namazov Əli Kərimli və Lalə Şövkətin köməkliyi ilə və Rüstəm İbrahimbəyovun təzyiqləri nəticəsində vahid namizəd olsa, o zaman indiyə kimi Azərbaycanda klassik müxalifət funksialarını yerinə yetirən adamlar üzüqara olacaqlar. Eyni hal hansısa neytral ziyalının vahid namizəd seçilməsi fonunda da yaşanacaq. Necə yəni, neçə ildir siyasi müxalifətin yükünü daşı, amma gəlsin 8-10 il iqtidarda təmsil olunmuş biri sənin namizədin olsun? Düzdür, bu az ehtimal olunan bir şeydir, amma buna cəhdlər var. Belə cəhdlərin nəticəsi olaraq Müsavat şələ-şüləsini yığışdırıb “milli şura”dan gedəcək. Bu isə dağılma prosesinin əsasını qoyacaq. Müsavatın namizədliyi bütövlükdə “milli şura”nın yeritdiyi vahid namizədlik siyasətini də, prezident seçkilərində iştirakın aktuallığını da heçə endirəcək. Bir sözlə, bu gün Rüstəm İbrahimbəyovun və Eldar Namazovun siyasi manevrlərində bəzi digər şəxslərin məsələləri “fırlatmalarına” bir nöqtə qoyulmalıdır. Yağı yağ, ayranı ayranlıq olmalıdır bu proseslərin”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info