“Milli şura”nın dağılması rəsmiləşir
Tarix: 21.08.2013 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Qurumun “toplantı”sını partiyalar və şəxslər boykot etməyə başladılar

Avqustun 21-də “milli şura” liderləri Rüstəm İbrahimbəyovun ofisində bir araya gələrək təcili toplantı keçiriblər. Toplantıda bir neçə müəmmalı məqamlar yaşanıb. Ən maraqlı məqam müxalifət liderlərinin toplantını tələsik tərk etməsi olub. Belə ki, ilk olaraq İsa Qəmbər və Əli Kərimli toplantını tərk edərək gediblər. Onlar jurnalistlərə açıqlama verməkdən də boyun qaçırıblar. İsa Qəmbər yalnız bildirib ki, suallara Eldar Namazov cavab verəcək. “Milli şura”nın toplantısından sonra EL hərəkatının da toplantısına qatılan Eldar Namazov yalnız bundan sonra qısa açıqlama verib: “Partiyalar arasında bir neçə qərar qəbul olundu. Qərarlar partiyalar daxilində də müzakirə olunacaq. Partiyalar arasında ümumi razılıq var. Avqustun 26-da sessiya keçiriləcək və İbrahimbəyovun namizədliyində problem olarsa, biz ikinci vahid namizəd seçərək seçkilərdə istirak edəcəyik. Son qərar sessiyada veriləcək. Bugünkü görüş razılıqların əldə edilməsi məqsədi daşıyırdı”.
Müsavat və AXCP liderlərinin görüşü tez tərk etmələrindən sonra maraqlı hal da yaşanıb. Onlar görüşü tərk edəndən sonra Köçəri Nağıbəyli, Nurəddin Mustafayev və Zəfər Quliyev iclas keçirilən otağa gediblər. Müzakirələr onların iştirakı ilə davam edib. Bu isə o anlama gəlir ki, Eldar Namazov ikinci vahid namizəd ideyasından narazı olanları başına yığaraq onlara Müsavatın və AXCP-nin tələblərini izah və ya qəbul etdirməyə çalışır. Bu isə “milli şura”nın dağılmasının rəsmən labüdləşməsindən doğan qorxu və çarəsizlikdən xəbər verir.
Bundan başqa toplantı ilə bağlı daha bir ilginc məqam yaşanıb. Ehtiyat namizədlər sırasında son vaxtlar adı hallanan tanınmış jurnalist, “milli şura”nın ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri Mehman Əliyev bu toplantıda gözə dəyməyib. O, “milli şura”nın başa çatan toplantısına münasibət bildirərkən deyib ki, onu bu görüşə dəvət etməyiblər. Mehman Əliyev bunu ört-basdır etmək üçün toplantının yalnız siyasi partiyaların iştirakı ilə baş tutması ilə əlaqələndirib. O, eyni zamanda Cəmil Həsənlinin namizədliyini dəstəklədiyini də bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info