Penitensiar Xidmətin əməkdaşları üçün növbəti seminar
Tarix: 21.08.2013 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) 2010-cu ildən etibarən ölkəmizdə aparılan məhkəmə və hüquq islahatlarına dəstək məqsədilə Azərbaycanda müxtəlif layihələr həyata keçirir.
Bu layihələr Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini də əhatə edir. Fondun təşəbbüsü ilə indiyədək Xidmətin əməkdaşları üçün “Cəzaçəkmə müəssisələrində məhkumların idarə edilməsinin təşkili” və “Həbsxana tipli müəssisələrdə cəzanın icrasının təşkili” mövzularında müxtəlif-seminar treninqlər keçirilib, eləcə də təcrübə mübadiləsi məqsədilə Xidmət əməkdaşlarının Almaniyaya səfərləri təşkil olunub. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, İRZ-in dəvəti ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, muxtar respublika Penitensiar Xidmətinin rəisi, ədliyyə polkovniki Şahin Təhməzov, yeni inşa edilmiş Şəki penitensiar müəssisəsinin rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Fazil Məmmədov, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Əmirov və digərlərindən ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Almaniyanın Bruxzal şəhərində olub. “Qəbul mərhələsi, diaqnostika, cəzanın icra planı və məhbuslar üçün əmək fəaliyyəti” mövzularını əhatə edən səfər proqramı çərçivəsində Penitensiar Xidmətin əməkdaşları Bruxzal şəhərindəki həbsxananın və yeni inşa edilmiş, qismən özəl olan Offenburq cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə ətraflı tanış olublar.
Şəxsiyyət pozuntularının fərdi qaydada müəyyən edilməsi və müalicəsi üzrə proqramlar, psixoloji və sosial xidmətlərin fəaliyyət istiqamətləri, cəzaların icrasının planlaşdırılması, məhbusların əmək fəaliyyəti və digər məsələlərlə bağlı alman mütəxəssislərlə fikir mübadilələri aparılıb. Yekunda Ədliyyə Nazirliyi ilə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu arasında səmərəli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, alman ekspertlərin iştirakı ilə cari ilin noyabrında Bakıda Penitensiar Xidmətin əməkdaşları üçün keçiriləcək növbəti seminarın mövzuları müəyyənləşdirilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info