YAP Binəqədi rayon təşkilatına yeni üzvlər qəbul olunub
Tarix: 21.08.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Müdafiə Sənayesi Naziliyinin “Cihaz” İstehsalat Birliyində “Sənayecihaz” EİM-nin ərazi ilk partiya təşkilatının toplantısı keçirildi.
Ulu öndər büstünün ziyarət olunması ilə başlanan tədbirdə YAP Binqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “Cihaz” İB-nin “Sənayecihaz” EİM-nin baş direktoru Fəlah Quliyev, partiya üzvləri, qonaqlar və müxtəlif media nümayəndələri iştirak etdilər. İlk partiya təşkilatının sədri Məhəbbət Hümbətov gündəlikdə duran məsələləri qeyd etdi. Sonra çıxış edən Ramiz Göyüşov ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, daxili-xarici siyasi vəziyyətdən, əldə edilmiş uğurlardan danışdı. Postsovet məkanının digər dövlətləri ilə müqayisədə ölkəmizdə iqtisadi yüksəlişin, insanların sosial rifah halının yaxşılaşmasının, səhiyyə, təhsil, idman kimi sahələrdə ciddi uğurların əldə olunduğunu bildirən R. Göyüşov Prezidentin rəhbərliyi altında iqtisadiyyatın diversifikasiyası və modernləşməsi, mövcud imkanların gücləndirilməsi istiqamətində görülən işləri qeyd etdi. O bildirdi ki, hazırda bölgələrin inkişafına istiqamətlənən proqramlar qəbul olunub və uğurla icra olunur. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biridir və bu da dünya birliyinin ölkəmizdə göstərdiyi etimadın nəticəsidir. O, Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərlər etməsi və bir çox təhsil və səhiyyə obyektlərinin açılışına şəxsən qatılmasını Prezidentin ölkəyə və vətəndaşlara istiqamətlənən diqqətinin təzahürü olduğunu bildirdi. Bütün bunları əsas götürən YAP İlham Əliyevin namizədliyini 2013-cü il prezident seçkilərində irəli sürüb: “Hesab edirəm ki, Prezidentin növbəti beş illik fəaliyyəti ölkəmizin inkişafına xidmət edəcək və seçkilərdə İlham Əliyevə verilən səslər davamlı və məqsədyönlü inkişafa, modernləşmə və demokratik transformasiyaya verilən səslər olacaq”. Tədbirdə çıxış edən Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İB-nin “Sənayecihaz” EİM-nin Baş direktoru Fəlah Quliyev Prezidentin ölkənin müdafiə qabiliyyətinin yüksəlməsi, yeni müdafiə sənayesi obyektlərinin açılması istiqamətindəki fəaliyyətinə toxundu. F.Quliyev bildirdi ki, həyata keçirilən işlər nəticəsində ölkənin müdafiə potensialı güclənib. Daha sonra toplantıda çıxış edən “Sənayecihaz” EİM-nin konstruktoru, partiya fəalı Ləman Əliyeva ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransı haqda danışdı və qeyd etdi ki, həmin konfransda öz üzərinə böyük tarixi missiya götürən YAP bu missiyanı şərəflə yerinə yetirir. O eyni zamanda nazirliyin fəaliyyətinə də toxundu və Müdafiə Sənayesi Nazirliyinin bu gün bir çox dövlətlərlə əməkdaşlıq etdiyini, müvafiq müqavilələr imzaladığını xatırlatdı. Toplantının sonunda YAP-a üzv qəbul olunan 16 nəfərə üzvlük vəsiqələri təqdim olundu, partiya sıralarına qoşulmaq istəyən 15 vətəndaşın sorğusuna baxıldı.
Ə. Sultanov




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info