Arıların ayaqlarında daşıdığı möcüzəvi qida
Tarix: 04.08.2019 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Sən demə minbir dərdin dərmanı imiş

Allahın biz insanlara verdiyi nemətlərdən biri də arı məhsullarıdır.
Bu məhsullar həm qida kimi istehlak edilir, həm də xalq təbabətində geniş istifadə edilir. Arı məhsulları dedikdə ağıllara ilk növbədə bal, arı südü kimi qidalar gəlir. Amma arı çörəyi kimi tanınan qida da belə məhsullara daxildir və insan orqanizminə olduqca faydalıdır.

Yeniavaz.az çörəyinin faydalarını təqdim edir:
Arı çörəyi təbii vitamin və mineral mənbəyidir. Ona eyni zamanda güləm də deyilir.
- Mədə və bağırsaq florasını tənzimləyir, zehni fəaliyyəti artırır;
- Uşaqların sağlam böyümə və inkişafına müsbət təsir edir;
- Həzm sistemini tənzimləyir;
- Allergik reaksiyaları azaldır;
- Qandakı xolesterol səviyyəsini nizamlayır.
Bütün bunlardan əlavə güləm qaraciyər xəstəliklərində, mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, beyin qan dövranı pozulması, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir. Tərkibi çiçək tozundan ibarətdir. Çiçək tozu özü dəmirlə zəngin olduğundan bir çox xəstəliklərə faydalıdır. Tərkibində K və B vitamini olan Güləmdən, qan azlığında, əməliyyadan sonrakı dövrlərdə, şəkərli diabet və endemik zobun müalicəsində də geniş istifadə edilir.

Necə hazırlanır?

Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir. Onu "arı çörəyi"- güləm və ya perqa adlandırırlar.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info