Müalicəvi vanna reseptləri
Tarix: 05.08.2019 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Bitki vannaların təsir gücü lap qədim zamanlardan sübut edilib. Müalicəvi effektə malik bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir edir və xoş əhval-ruhiyyə yaradır. Bundan başqa, bitki vannaları bədənə özünəməxsus zərif ətir bəxş edir. Xoş ətirli vanna çox asanlıqla hazırlanaraq yorğunluğu aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.
Gigiyenik və müalicə məqsədilə tətbiq edilən vanna qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vanna suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. digər effektlər vermək olar.
Dəri üçün faydalı olan bəzi müalicəvi vanna reseptlərini təqdim edirik.
Vanilli vanna: yorğunluq zamanı 8 damcı vanil yağı və 200 ml qaymaq vannasının 12 dəqiqə qəbul edilməsi müsbət təsir göstərir.
Kəcəvər vannası: 5 xörək qaşığı kəcəvər kökümsovu 1 litr qaynar suda 10 dəqiqə dəmləniləndən sonar vannaya əlavə edilib 10 dəqiqə qəbul edilməsi bədənə gümrahlıq verir və dərini qidalandırır.
Ətirli vanna: 2 xörək qaşığı bal, hərəsindən 2 damcı olmaqla adaçayı yağı və jasmin yağından ibarət 15 dəqiqə vanna qəbul xoş ətir gəlməsinə səbəb olur.
Kəklikotu vannası: hərəsindən 100 qram olmaqla dərman xəşəmbül otu və kəklikotu 2 litr qaynar suda 2 saat dəmlənilir. Günaşırı 15 dəqiqə olmaqla 10 vanna qəbul edilir.
Qara çay vannası: 4 desert qaşığı qara çayın üzərinə 250-300 ml qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənilir. Onun qəbul edilməsi orqanizmi tonuslandırır, dəriyə zəif qaralma effekti verir.
Duz vannası: 1.5 kiloqram dəniz və ya xörək duzu bütün vannaya əlavə edilərək qarışdırılır. Arıqlamaq istəyənlər və dərisində qırışlar olanlar üçün çox səmərəlidir.
Yağlı dəri üçün: 4:4:3:2 nisbətində cökə çiçəyi, qaraqınıq otu, dazıotu otu və ardıc meyvələri qarışdırılıb dəmlənilir və 10-15 dəqiqə qəbul edilir.
Quru dəri üçün: ayrıca zəyərək toxumu və aptek çobanyastığı dəmlənilir, bütün vannaya əlavə edilir və 10-15 dəqiqə qəbul edilir.
Uşaqlar üçün vanna: hərəsindən 40 qram olmaqla qaraqınıq otu, yatıqqanqal otu, dəvədabanı yarpağı, gülümbahar çiçəyi və üçrəng bənövşə otu qarışdırılır. Üzərinə 3 litr qaynar su əlavə edilərək 2 saat dəmlənilir. 8-10 dəqiqə müddətində körpə uşaqlar vanna edilir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info