“TASİM” layihəsi ilə bağlı qətnamə qəbul oluna bilər
Tarix: 21.08.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamənin müzakirə edilməsi gözlənilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qurumun 67-ci sessiyası sentyabrın 4-də keçiriləcək. Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyada nazir Əli Abbasov, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş direktorunun müavini Vu Hunqbo, ABŞ-ın dövlət katibinin İnformasiya siyasəti və beynəlxalq kommunikasiyalar üzrə əlaqələndiricisi Daniel Sepulvelda, Litva və Macarıstanın rabitə administrasiyalarının rəhbər nümayəndələri, Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaları və telekommunikasiyalar rəhbəri Alan Markus, “Orbital Sciences Corporation” və “Turk Telecom” şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi "Trans-Avrasiya Super İnformasiya Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur. Qətnamə layihəsi bu ilin sentyabr ayının 28-dən gec olmamaq şərtilə razılaşdırılmalı və BMT katibliyinə təqdim olunmalıdır. Hazırda qətnamə layihəsi üzrə BMT-yə üzv dövlətlər arasında intensiv məsləhətləşmələr aparılır.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb
15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib
15.07.2019
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info