Biləsuvarda 10 min tondan çox “ağ qızıl” istehsalı gözlənilir
Tarix: 21.08.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Bu il Biləsuvar rayonunda 5 min hektara yaxın sahədə pambıq əkilib.
Cari ildə “Ağ qızıl”, “Maraş” kimi yüksək reproduksiyalı toxumların əkilməsi bu il də üstünlük təşkil edib. Yeni suvarma sistemlərinin tətbiqi, aqrotexniki tədbirlərin vaxtında icrası intensiv istehsala zəmin yaratmışdır.

Pambıqçılara azot gübrəsinin 50 faiz güzəştlə verilməsi, hər hektar əkin sahəsinin dövlət tərəfindən 40 manat həcmində subsidiyalaşdırılması da istehsala müsbət təsir göstərən amillərdəndir.
Cari ildə rayonda 4 min torpaq mülkiyyətçisi pambıq əkmiş və məhsul satışından 5 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırıblar.
Artıq sahələrdə kompleks becərmə işləri - kultivasiya və digər aqrotexniki tədbirlər başa çatmaq üzrədir. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri aparırlar. Bu məqsədlə 3 mindən çox işçi qüvvəsi səfərbər edilib, müxtəlif təyinatlı maşın və mexanizm, habelə emal zavodu hazırlıq vəziyyətinə gətirilib.
Avqustun axırlarında yığım başlanacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Biləsuvarda 10 min tondan çox “ağ qızıl” istehsalı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info