Fransa BMT-dən Suriyada kimyəvi silahın tətbiqini yoxlamağı tələb edib
Tarix: 21.08.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Suriya müxalifəti avqustun 20-də hökumət qoşunlarının kimyəvi silah tətbiq etməsi nəticəsində ən azı 635 nəfərin ölümünə görə prezident Bəşər Əsədi günahlandırıb. “Reuters” agentliyi kimyəvi silah tətbiqi nəticəsində ən azı 213 nəfərin öldüyü barədə xəbər yayıb. Agentlik bu xəbəri şəhər tibb mərkəzində çalışan Bayyan Baker adlı tibb bacısına istinadən yayıb. Suriya hökuməti isə silahlılara qarşı kimyəvi silah tətbiq edilməsi barədə ittihamları rədd edib.
Hökumətin sözçüsü bu iddiaların məqsədyönlü şəkildə ortaya atıldığını bildirib. Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi BMT-nin Suriyada çalışan kimyəvi silah üzrə müfəttişlərindən təcili olaraq Dəməşq yaxınlığında kütləvi kimyəvi silah tətbiqi haqqında məlumatları yoxlamağı tələb edib. Əl-Ərəbi bildirib ki, müfəttişlər təcili şəkildə şahidlərin sözlərinə görə, ən azı 635 nəfərin kimyəvi qazla qətlə yetirildiyi Şərqi Quta rayonuna getməlidir. Suriya hüdudlarından kənarda fəaliyyət göstərən Suriya müxalifətinin liderləri isə yaranmış vəziyyətin müzakirə olunması üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı tələb ediblər. Müxalifət baş verənləri kütləvi qırğın kimi dəyərləndirib. “Əl-Cəzirə” telekanalında göstərilən həvəskar kadrlarda bədənlərində xəsarət nişanəsi olmayan yüzlərlə ölü nümayiş olunur, onların arasında çoxlu sayda qadın və uşaq var. Yerli xəstəxanalardan çəkilmiş kadrlarda ağzı köpüklənən, can verməkdə olan insanlar əks olunub, onların arasında çoxlu uşaqlar var. Suriya hökuməti isə Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi xəbərini təkzib edib və bu barədə iddiaları təxribat adlandırıb. Britaniyanın xarici işlər naziri Uilyam Xeyq bildirib ki, kimyəvi hücum faktı təsdiqlənsə, bu, müharibənin yenidən eskalasiyasına səbəb ola bilər. Fransa Xarici İşlər Nazirliyi də BMT-dən Suriyada kütləvi qırğın silahının tətbiqi barədə məlumatların yoxlanılmasını tələb edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info